Arxiv
3 Aprel 2020, 17:16 | İQTİSADİYYAT
“Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur” - Anar Hüseynov

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov koronavirus təhlükəsi səbəbilə yaşana biləcək ərzaq qıtlığı ilə bağlı suallara aydınlıq gətirib. Modern.az həmin müsahibəni təqdim edir:

 

- Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fəaliyyətini necə qurub?

 

- İndi bütün dünya koronavirusla qlobal miqyasda mübarizə aparır. İnfeksiyanın geniş yayılmasının qarşısını almaq məqsədilə dünyanın əksər ölkəsində elan edilmiş xüsusi karantin rejimi qlobal iqtisadiyyata mənfi təsir edib. Koronavirus infeksiyası ilə əlaqədar mövcud vəziyyətin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək, eləcə də, əhalinin sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən bütün tədbirlər ən yüksək səviyyədə həyata keçirilir. O cümlədən, əhalinin keyfiyyətli və davamlı ərzaq təminatı daim diqqətdə saxlanılır, zəruri dəstək tədbirləri görülür. Bilirsiniz ki, koronavirus infeksiyasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədər xüsusi iş rejimi müəyyənləşdirilib. Nazirlər Kabinetinin koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyindəki qurumların əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Koronavirusla əlaqədar tətbiq olunan xüsusi karantin rejimi müddətində ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının davamlı istehsalını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeli qurumları öz fəaliyyətini işçi qaydada davam etdirir. Aqrar sektora bu təsirlərin minimuma endirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, toxum, gübrə, pestisid və texnika təchizatçıları və fermerlərlə mütəmadi danışıqlar aparılır, yarana biləcək çətinliklərin operativ həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

 

- Karantin rejiminin tətbiqi ilə əlaqədar Azərbaycanda ərzaq qıtlığı yaşana bilərmi?

 

- Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur. Ötən il kənd təsərrüfatında çox yüksək nəticələr qeydə alınıb. Aqrar sektorda məhsuldarlıq göstəriciləri artıb. Bu o deməkdir ki, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunması imkanları da yüksəlib. Bu il üçün ola biləcək narahatlıqlara gəldikdə isə qeyd etmək istəyirəm ki, ölkədə payızlıq əkinlər oktyabr-noyabr ayında həyata keçirilib, taxıl biçininə mayın sonu, iyunun əvvəllərində start veriləcək. Aprelin 10-dan isə yazlıq əkinlərə başlanacaq. Yazlıq əkinlər üçün tələb olunan toxum, gübrə, pestisid, şitil ehtiyatları yanvar ayında formalaşdırılıb. Ehtiyatların həcmi yazlıq əkinlərlə bağlı yaranan tələbatı artıqlaması ilə ödəməyə imkan verir. Eyni zamanda, aprelin sonlarında faraş tərəvəz məhsullarının yığılmasına başlanacaq. Əkin sahələrində keçirilən monitorinqlər məhsduldarlığın yüksək olacağını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əsasən, respublika ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının orta və ağır tonnajlı yük maşınları ilə daşınmasına məhdudiyyət qoyulmayıb. Ötən dövr ərzində apardığımız müşahidələr göstərir ki, paytaxt və böyük şəhərlərə kənd təsərrüfatı məhsullarının gətirilməsində problem yoxdur. Karantin rejimi dövründə fəaliyyətinə icazə verilən supermarketlər və digər ərzaq satışı məntəqələrində heç bir qıtlıq müşahidə olunmur, kənd təsərrüfatı məhsullarının çeşidi və keyfiyyəti əvvəlki səviyyədədir.

 

- Kənd Təsərrüfatı Nazirliyi rəsmilərinin verdiyi açıqlamalarda ölkədə karantin rejimi dövründə kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın azaldığı qeyd olunur. Bu, nə ilə əlaqədardır?

 

- Bildiyiniz kimi tətbiq olunan karantin rejimi qaydalarına əsasən, şadlıq sarayları, kafe və restoranlar, xidmət obtyektləri, əyləncə mərkəzləri fəaliyyətini dayandırıb, eyni zamanda mehmanxanalar və digər turizm obyektləri də fəaliyyəti göstərmir. Bu obyektlər kənd təsərrüfatı məhsullarının topdansatış alıcıları sayılırdı. Obyektlərin fəaliyyətini dayandırması, toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulması avtomatik olaraq kənd təsərrüfatı məhsullarına daxili tələbatı azalıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, indiki mərhələdə qeyd olunan səbəblərdən kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın təxminən 5% civarında azalacağı gözlənilir. Bu amil bazarda istehlakçılara təklifin artması, məhsul bolluğu deməkdir.

 

- Hərəkət və yerdəyişmə ilə bağlı məhdudiyyətlər fermerlərin fəaliyyətinə mənfi təsir etməyəcək ki?

 

- Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında da qeyd olunur ki, fermerlərin təsərrüfat fəaliyyəti ilə məşğul olması, əkin işi aparması, məhsul yığımı məhdudlaşdırılmır. Fermerlər təsərrüfat fəaliyyətlərini karantin rejiminin qaydalarına uyğun olaraq, müvafiq gigiyenik normalara, dezinfeksiya şərtlərinə, ara məsafənin saxlanması tələbinə və əməyin təhlükəsizliyi qaydalarına uyğun olaraq həyata keçirirlər. Bu proses həmçinin yerli icra hakimiyyəti orqanları ilə koordinasiya edilməklə gerçəkləşdirilir. Eyni zamanda, əkin prosesi də kütləvi proses deyil, sahənin əkilməsi, səpin aparılması prosesi texnika vasitəsilə həyata keçiririlir və bu prosesdə maksimum 1-2 mexanizator iştirak edir. Bu baxımdan fermerlərin fəaliyyətinin karantin şərtlərinə uyğun davam etdirməsində, aqrotexniki qulluq qaydalarına riayət etməsində problem yoxdur. Fermerlərin toxum, gübrə və pestisidlə təminatına gəldikdə isə, hazırda bu proses normal şəkildə həyata keçirilir, bölgələrdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 85 gübrə təchizatçısı olan hüquqi və fiziki şəxs tərəfindən məntəqələrdə satış təşkil olunur, eyni zamanda, böyük şirkətlər səyyar gübrə satışını həyata keçirir. Nazirlik bu prosesi nəzarətdə saxlayır və istər məntəqələrdə, istərsə də səyyar formada satış zamanı karantin qaydalarına riayət olunmasına diqqət yetirilir. Bununla bağlı müvafiq təlimatlar təchizatçı şirkətlərə göndərilib.

 

- Operativ Qərargah kənd təsərrüfatı texnikasının da hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına daxil edib...

 

- Tamamilə haqlısınız. Fermerləri narahat edən məqamlardan biri aqrotexniki qulluq tədbirlərinə kənd təsərrüfatı texnikasını cəlb etməklə bağlı idi. Adətən fermerlər bir rayonun ərazisində ehtiyac yaranan texnikanı digər rayonlarda yerləşən aqroservislərdən sifariş edirlər. Bu baxımdan, Operativ Qərargahın kənd təsərrüfatı texnikasını hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına daxil etməsi fermerlərin narahatlığını aradan qaldırıb. Fermerlər əvvəlki qaydada aqroservislərlə əlaqə saxlayaraq təsərrüfatda istifadə etmək üçün texnika sifariş edə bilərlər. Fermerlər karantin dövründə təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı sualları Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə ünvanlaya bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin agro.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilirlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vilayət Eyvazov Neftçalaya yeni rəis TƏYİN ETDİ 30 May 2020, 10:14 Azərbaycanda narkotacir qohumlar “Range Rover”lə saxlanıldı - FOTOLAR 30 May 2020, 10:05 Bakıda bir nəfər köməksiz qaldı 30 May 2020, 09:57 İTBAŞI (4-cü bölüm) 30 May 2020, 09:50 Saat 6-dan sonra kafeyə gedənlər cərimələndi 30 May 2020, 09:44 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat YAYDI 30 May 2020, 09:40 Sumqayıtda dəhşətli qəza - iki nəfər öldü 30 May 2020, 09:34 “Yaradıcılıqla məşğul olmaq üçün universiteti atdım” – Rəvan Cavidlə “Şənbə söhbəti”   30 May 2020, 09:30 Bizim Coco Chanel - Müasir Azərbaycanın ən məşhur aktrisası üçün FOTOVALS 30 May 2020, 09:26 Bakıda polis əməliyyat keçirdi - saxlanılanlar var  30 May 2020, 09:20 Türkiyədə yaşayan vətəndaşlarımızdan xəbər var - Tələbələr çarter reys gözləyir 30 May 2020, 09:15 Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı 30 May 2020, 09:07 İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - TARİX 30 May 2020, 09:00 2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR 30 May 2020, 08:42 Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33