Arxiv
3 Aprel 2020, 17:17 | AKTUAL
Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş - FOTO

“Mənim iştirakçısı olduğum Aprel döyüşləri zamanı çəkilən bir şəklim yoxdur. Amma əvəzində o xatirələri hər zaman xatırladacaq bir şeyə sahibəm. Sevdiyim qadının barmağına taxdığım üzük 2016-cı il aprelində Tərtər istiqamətində düşmən ordusuna vurduğumuz güllənin (NsVP) gilizidir. Min əzabla kəsərək hamarlayıb parıldatmaq üçün bronejiletə və bütün parça səthlərə günlərlə sürtmüşəm.Ömrümüzün 4 günü, ruhumuzun orda qalan bir parçasıdır”.

Bu xatirəni Aprel döyüşlərinin iştirakçısı, kəşfiyyat manqa komandiri, kiçik çavuş Araz Əliyev sosial şəbəkədə paylaşıb. 

Modern.az Dördgünlük müharibənin dördüncü ildönümündə Arazla söhbətləşərək həmin xatirələrini canlandırıb. 

 

1994-cü il təvəllüdlü Araz Əliyev BDU-nun Beynəlxalq Münasibətlər fakültəsini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. O, 2016-cı ilin 1-5 aprel tarixlərində Tap Qaraqoyunlu kəndi, Tərtər rayonunun Borsunlu, Talış və Madagiz kəndləri, Ağdərə istiqamətində gedən döyüşlərdə kəşfiyyat manqa komandiri kimi iştirak edib: 

“Borsunlu kəndində toplanış zamanı baş leytenant olan komandirim əsgərlərdən ən irəli gedəcək olanları və qalacaqları ayırırdı. Evin tək uşağı olanları, atası olmayanları aparmırdılar.

Mən də yeganə ali təhsilli idim. Mənə qalmağı tapşırdı. Ancaq etiraz edərək xidmətin son gününə qədər baş leytenantla çiyin-çiyinə döyüşlərdə iştirak etdim.

Düşmənin Şiştəpədəki iki müşahidə məntəqəsi tərəfimizdən məhv edilib. Bu uğura görə, korpus komandanlığı tərəfindən “Fəxri fərmanla” təltif olunmuşam.

“Qisas” postunda olarkən düşməndən bir nəfəri vurmuşduq.  Aprel ayı ərzində atışlara icazə verildiyi üçün hər yanda güllə gilizi tapmaq olurdu. Vurduğumuz güllənin gilizini saxlamışdım. Əsgərə gilizlərdən nəsə düzəltməyə icazə verilmir. Əgər tutulsa, cəzalandırılır. Gilizləri də normal vaxtlarda sayaraq təhvil alırlar. Ancaq əsgərlər bir yolunu tapıb nəsə düzəldirlər. Çox vaxt bu nəsə güllədən sadə fiqurlar olur. Gilizi kəsəndən sonra istər postda, istərsə də postdan düşdükdən sonra özümlə gəzdirirdim. Tutulmamaq üçün sol cibimdə saxlayırdm. Gecələr, ya da boş vaxtlarda parça səthlərə sürtürdüm ki, daha da parıldasın. Evə gələcəyim zaman artıq üzük hazır idi. Mənimlə bütün döyüş cəbhəsini gəzmişdi. İndi də mənimlədir. Kənarlarında bir azca əyrilik var. Diqqətlə baxanda bronejiletin parçasının cızıqlarını görmək olur. O vaxtdan artıq 4 il keçib, hələ də parıltısı getməyib. Xanımım da arada üzüyün qayğısına qalmağın gərəyini başa düşür. O üzük eynilə silah kimidir. Gərək vaxtaşırı qulluq edəsən”.(Qafqazinfo.az)

 


 

Da

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
2019-cu il dövlət büdcəsinin icrasına dair sənəd ilk oxunuşda təsdiqləndi 5 İyun 2020, 13:11 Siyavuş Novruzovdan həmkarlarına: “Ayrılan pullar xərclənib, bitib, gedib” 5 İyun 2020, 13:11 Deputat uşaqpulunun bərpasını İSTƏDİ 5 İyun 2020, 13:11 Fransa səfiri Tural Gəncəliyevlə görüşdü 5 İyun 2020, 13:09 Komitə sədri hökumətə təkliflər VERDİ 5 İyun 2020, 13:05 Bakıda “Vinçester”lə havaya atəş açan şəxs TUTULDU 5 İyun 2020, 13:00 Heminquyein naməlum qalmış hekayəsi nəşr olunub 5 İyun 2020, 12:57 Sabahın hava proqnozu AÇIQLANDI 5 İyun 2020, 12:53 Deputat parlamentdə su problemini qaldırdı: “Taxıl zəmisi susuzluqdan yandı” 5 İyun 2020, 12:52 Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı ELAN OLUNDU 5 İyun 2020, 12:46 Bu şəhərlərdə yeni inzibati binalar istifadəyə verildi - Foto 5 İyun 2020, 12:42 Təhsil Nazirliyi tədris ilinin sonunu qarışdıranlara aydınlıq gətirdi 5 İyun 2020, 12:40 Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR 5 İyun 2020, 12:37 Rusiyada koronaviruslu xəstələrin sayı 450 minə ÇATDI 5 İyun 2020, 12:34 DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT 5 İyun 2020, 12:32 Polis maskadan istifadə etməyənlərlə bağlı reydləri gücləndirdi - FOTOLAR 5 İyun 2020, 12:29 Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR 5 İyun 2020, 12:26 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 5 İyun 2020, 12:23 Aybəniz Haşımova qızıl yel xəstəliyinə yoluxdu 5 İyun 2020, 12:19 Nazir  icra başçısı həbs edilən rayonun polis rəisini İŞDƏN ÇIXARDI 5 İyun 2020, 12:15 “Azərişıq” həftəsonu gücləndirilmiş rejimdə işləyəcək 5 İyun 2020, 12:12 Poçt şöbələrinin fəaliyyəti dayandırılır 5 İyun 2020, 12:10 Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı 5 İyun 2020, 12:07 İcaze.e-gov.az yenidən aktivləşdi 5 İyun 2020, 12:05 Kadr hazırlığı Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyır - Zahid Oruc 5 İyun 2020, 12:01 Tələbə qız evlənmək istəmədiyi üçün intihar etdi 5 İyun 2020, 12:00 Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov 5 İyun 2020, 11:56 XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir” 5 İyun 2020, 11:53 Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər - FOTO 5 İyun 2020, 11:50 “Əliqismət Lalayev maaşımı vermir” - Çingiz Əhmədov 5 İyun 2020, 11:47 “4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli 5 İyun 2020, 11:45 Komitə sədri: “Kölgə iqtisadiyyatı ilə aparılan mübarizə...” 5 İyun 2020, 11:43 TƏBİB-dən marketlərlə bağlı MÜRACİƏT   5 İyun 2020, 11:41 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təsdiqləndi - SİYAHI 5 İyun 2020, 11:39 Novruz Aslanov seçiciləri qəbul edib - FOTO   5 İyun 2020, 11:37