Arxiv
4 Aprel 2020, 18:46 | AKTUAL
İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər - Deputat

Modern.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

 

- Qüdrət bəy, sonuncu açıqlamanızda qeyd etmişdiniz ki, COVİD 19 epidemiyası, daha doğrusu pandemiyası ilə əlaqədar mövcud qanunvericiliyə görə ölkədə fövqəladə vəziyyət elan olunmalıdır. Amma onu da vurğulamışdınız ki, fövqəladə vəziyyət elan olunmasa da artıq tətbiq olunur. Sizcə niyə rəsmi olaraq fövqəladə vəziyyət elan olunmur?

 

- Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah COVİD-19 epidemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunması barədə qərar qəbul edərkən içəridən kimsə deməyib ki, istinad etdiyiniz 1992-ci ildə qəbul olunmuş "Sanitariya - epidomoloji salamatlılıq haqqında Qanun"un 25-ci maddəsi 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyanın 112-ci maddəsi ilə ziddiyət təşkil etdiyi üşün Konstitusiyanın keçid müddəalarının 8-ci bəndinə əsasən qüvvədən düşüb. Bu həm də "Normativ hüquqi aktlar" Haqında Konstitusiya qanununun "Normativ hüquqi aktlar"ın kolliziyasının həlli qaydaları adlanan 10-cu maddəsinin tələbidir. Konstitusiyanın 147-ci maddəsinə əsasən Konstitusiya birbaşa hüquqi qüvvəyə malik olduğundan Konstitusiyanın 112-ci maddəsinə əsasən epidemiyaya qarşı mübarizəni təşkil etmək üçün "fövqəladə vəziyyət" elan olunmalı və təcili qaydada qanunlarda yalnız adı çəkilən karantin rejiminin nə olması barədə Qanun  qəbul olunmalı idi. Ancaq islahatlar düşüncələrə tam hakim kəsilmədiyindən, hələlik kənar təkliflərə münasibət çox zaman pozitiv olmur. Ya da ola bilsin hökumətin qulağında hüquqi termin kimi mahiyyəti qanunvericiliyimizdə öz əksini tapmamış "karantin rejimi" söz birləşməsi "fövqəladə vəziyyət rejimi" söz birləşməsindən daha yaxşı səslənir. Əlbəttə, bu bir zarafatdır.

 

- Qüdrət bəy, Operativ Qərargahın qəbul etdiyi qərarlara xalqımızın  tabe olma, yaxud hörmət etmə səviyyəsi Sizi qane edirmi?

 

- Müəyyən istisnalarla insanlar onların azadlıqlarının məhdudlaşdırılmasını anlayışla qarşılayırlar. Çünki qəbul edirlər ki, bu onların yaşamaları üçün vacibdir. Deputat həmkarımız Zahid Oruc zarafatla deyir ki, "evdə qal!" şüarı "Çalış ölmə!" şüarı ilə əvəz olunsaydı, daha cəlbedici və təsirli olardı.

 

Qəbul olunmuş qərarlara ciddi əməl olunmasının zəruriliyi barədə həm Prezidentin, həm Mehriban xanımın xalqa səmimi və çox təsirli müraciətləri oldu. İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər. Qeyd etdiyim istisnalar isə onunla bağlıdır ki, bəzi insanlar  bu virusun çox da təhlükəli olmaması və siyasi məqsədlərlə ortaya atılması barədə internet üzərindən aparılan təxribat xarekterli təbliğatın təsiri altına düşürlər. Bəziləri isə təxribatçı çıxışları ilə insanların şüuraltına təsir etməklə onları arxayın salmağa və təhlükəni ciddi qəbul etməməyə sövq edirlər. Bir fakt göstərim. Bir-iki gün bundan əvvəl patiyamızın  funksionerlərindən biri Əli Kərimlinin "Yuotube" üzərindən yayımlanmış  çıxışının kiçik bir parçasını mənə göndərdi. Çıxışın həmin hissəsinə qulaq asandan sonra fikirləşdim ki, xalqının mənafeləri üçün mübarizə apardığını bəyan edən, özünü ciddi adam sayan  birisi necə belə danışa bilər?!. Bu adam hökumətin epidemiyaya qarşı apardığı mübarizəyə kölgə salmaq məqsədilə öz cılız  siyasi maraqları naminə bəyan edir ki, bəzi mütəxəssislərin təsdiqini tapmamış mülahizələrinə görə, ola bilsin, bizdə epidemiya ona görə geniş yayılmır ki, bizim insanlar vərəm əleyhinə peyvənd olunublar. Fikirlərinin təsdiqi kimi keçmiş sovet respublikalarında da epidemiyanın geniş yayılmamasını misal çəkir. Sonra da özünə müdafiə qurmaq üçün deyir ki, mən də sərt tədbirlərin tərəfdarıyam. Bu cür təxribatçılar ifşa olunmalıdır. Əgər sən sərt qərarların tərəfdarısansa elmi cəhətdən təsdiqini tapmamış  fikirləri niyə yayıb insanları epidemiyaya ciddi yanaşmamağa sövq edirsən? Çünki bu adam fikirləşir ki, epidemiya iqtisadiyyata ciddi ziyan vurmaqla sosial gərginliyi artıracaq və ona siyasi ambisiyalarını gerçəkləşdirməyə imkan yaradacaqdır. İnsanların həyatına son qoyan, onların rahatlığını əlindən almış bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi sadəcə rəzalətdir. Ona görə xalqımız nəzərə almalıdır ki, hökumətin məhdudiyyətlərin tətbiqi ilə əlaqədar qəbul etdiyi qərarlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsaslanır və həyati əhəmiyyətlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28 Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib 5 İyun 2020, 20:16 Bakı evdəqalma qadağasına hazırlaşarkən - FOTOLAR 5 İyun 2020, 20:02 Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO 5 İyun 2020, 20:00 Nissan 2 milyon avtomobilini geri çağırdı 5 İyun 2020, 19:30 Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ 5 İyun 2020, 19:20 Ermənistanda 100-dək polis koronavirusa yoluxdu 5 İyun 2020, 19:11 Rusiyanın Xalq artisti vəfat etdi 5 İyun 2020, 19:02 ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh etdi 5 İyun 2020, 18:53 Azərbaycanda koronavirusdan sağalanların sayı 3871 nəfərə çatdı 5 İyun 2020, 18:44 Bakıda yük maşını yandı 5 İyun 2020, 18:35 Bu günədək aparılan testlərin sayı AÇIQLANDI 5 İyun 2020, 18:26 "Nar"ın müştəri xidmətləri fəaliyyətini davam etdirəcək 5 İyun 2020, 18:17