Modern.az

İsraildə koronavirusa yoluxanların sayı 8 mini ötdü

İsraildə koronavirusa yoluxanların sayı 8 mini ötdü

5 Aprel 2020, 10:44

İsraildə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı artaraq 8018-ə çatıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, COVID-19-dan ölənlərin sayı 46-ya yüksəlib. İsraildə yeni virusa yoluxmuş 477 xəstə sağalıb.

 

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. 

 

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir