Modern.az

Binəqədidə tənhalara yardım edilir - FOTO

Binəqədidə tənhalara yardım edilir - FOTO

Aktual

6 Aprel 2020, 11:30

Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar Binəqədi rayonunda evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə diqqət mütamadi olaraq davam etdirilir.

                                            
Modern.az xəbər verir ki, rayonda ərazisində fəaliyyət göstərən fərdi sahibkarın dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Bələdiyyələrin təşkilatçılığı ilə 200 ahıl sakinə müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.

 

Eyni zamanda rayon ərazisində yerləşən yaşayış binaları, məişət tullantısı konteyner meydançaları, park, küçə və məhəllələrdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir