Arxiv
6 Aprel 2020, 14:43 | AKTUAL
Azərbaycanda hərbi çağırışçılara MÜRACİƏT

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi çağırışçılara müraciət edib.


Modern.az
xəbər verir ki, Dövlət Xidməti müraciətdə çağırışçıları koronavirus infeksiyasına qarşı mübarizədə məsuliyyətli olmağa çağırıb:


"Əziz çağırışçılar!


Bildiyiniz kimi, koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilmiş və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılmışdır.


Hörmətli çağırışçılar, xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə ciddi riayət edərək Siz əsl vətənpərvərlik nümunəsi göstərə bilərsiniz. Mövcud vəziyyətdə hər biriniz gələcəyin əsgəri kimi hərbi xidmətin təməl prinsiplərindən olan nizam-intizamlı olmaqla müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə, milli həmrəyliyə və öz yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır.


Hörmətli çağırışçı, “Özünü qoru ki, Vətəni qoruya biləsən!”.


Əlavə olaraq bildiririk ki, Sizin müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə məlumat veriləcəkdir. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda aidiyyəti üzrə gəlməniz zəruridir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı Şəhər üzrə Təhsil İdarəsi vətəndaş qəbulunu dayandırdı 2 İyun 2020, 11:07 Milli Məclis toplaşdı 2 İyun 2020, 11:01 Azərbaycan XİN İtaliyanı təbrik etdi 2 İyun 2020, 10:58 İcra başçısı bacanağına yüksək vəzifə verdi - FOTO 2 İyun 2020, 10:52 Brazliyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi 2 İyun 2020, 10:49 Azərbaycan nefti bahalaşdı 2 İyun 2020, 10:42 Supermarketlərdən spirtli içkilər oğurlayan keçmiş məhkum YAXALANDI 2 İyun 2020, 10:38 Astarada çətənə əkən şəxs saxlanıldı 2 İyun 2020, 10:34 İnternet klubda karantin qaydalarını pozan 25 nəfər cərimələndi 2 İyun 2020, 10:30 Bu rayonlarda çəyirtkə qışlaqları qeydə alındı 2 İyun 2020, 10:24 Bakıda zəncirvari qəza: Tıxac yarandı 2 İyun 2020, 10:20 Azərbaycan sərhədləri açır? - Nazirlər Kabineti açıqladı 2 İyun 2020, 10:14 Bakıda əyləncə salonlarında karantin qaydalarını pozanlar SAXLANILDI 2 İyun 2020, 10:14 Ali məktəblərə subbakalavrların ərizə qəbulu başlayıb 2 İyun 2020, 10:09 Bakıdan təyyarə biletləri satışa çıxarıldı 2 İyun 2020, 10:03 Nazirlik 9 işəgötürən barədə hüquq-mühafizə orqanlarına müraciət etdi 2 İyun 2020, 09:58 Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar 2 İyun 2020, 09:53 Milli Məclis iki qanunda ekoloji tələbləri müəyyənləşdirir 2 İyun 2020, 09:49 Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı 2 İyun 2020, 09:46 Parlament Azərbaycanda həkim-transplantoloqun vəzifələrini BƏLLİ EDİR 2 İyun 2020, 09:40 Azərbaycanda canlı donordan orqan transplantasiyası belə olacaq - QAYDALAR VƏ ŞƏRTLƏR 2 İyun 2020, 09:34 İyun ayının qeyri-iş günləri AÇIQLANDI 2 İyun 2020, 09:28 Mehman Hüseynovda ağır xəstəlik tapıldı - XƏRÇƏNG... 2 İyun 2020, 09:22 Milli Məclisin bugünkü iclasının GÜNDƏLİYİ 2 İyun 2020, 09:20 Masallıda avtomobil kanala aşdı, sürücü öldü 2 İyun 2020, 09:16 Nazirlik cəbhədəki gərginliklə bağlı məlumat yaydı 2 İyun 2020, 09:10 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı 2 İyun 2020, 09:05 Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü 100 il əvvəlki sələflərini belə yad etdi - VİDEO 2 İyun 2020, 09:00 “Deputat olmaq üçün xüsusi ali məktəb oxumaq lazım deyil” - MÜSAHİBƏ 2 İyun 2020, 08:53 İrəvanı bizdən alan QÜVVƏ - FAKTLAR 2 İyun 2020, 08:43 Könül Xasıyevaya ağır itki üz verib -FOTO 2 İyun 2020, 08:34 Yerə doğru təhlükəli asteroid yaxınlaşır 2 İyun 2020, 08:00 İsmayıllıda meşədə itən oğlan TAPILDI 2 İyun 2020, 07:50 Nyu-York ştatında komendant saatı tətbiq olunur 2 İyun 2020, 00:55 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edildi 2 İyun 2020, 00:38