Arxiv
6 Aprel 2020, 15:16 | AKTUAL
Bir uşağın koronavirusa yoluxması nənə-babasının ölümünə SƏBƏB ola bilər

“Dünyada uşaqlar koronavirusa yoluxmur deyə bir fakt yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında republikanın baş pediatrı Nəsib Quliyev bildirib.

 

“Uşaqlar tam izolyasiya olunmalıdır”

 

N.Quliyev deyib ki, sadəcə uşaqlarda ağır gedişlər böyüklərlə müqayisədə dəfələrlə azdır:

 

“Uşaqların yoluxmaması faktı barədə heç kim açıqlama verməyib. Çin praktikasına əsaslanaraq, belə fikir səsləndirirdilər ki, koronavirusdan ölüm faizi böyüklərdə 5, uşaqlarda isə 0,2 faizdir. Valideyn olaraq hər kəs uşaqları qorumalıdır.Türkiyənin özündə 20 yaşdan aşağı olanların küçəyə çıxması qadağandır. Çünki bəzi hallarda azyaşlılar bu virusun daşıyıcısı ola bilirlər. Onlarda çox yüngül əlamətlər özünü biruzə versə də, ailədəki yaşlı insanları yoluxdurub onların ölümünə səbəb ola bilərlər. Bizdə bu qadağa olmasa da bütün bağçalar, orta və ali məktəblər bağlıdır. Bu o deməkdir ki, həmin şəxslər də küçəyə çıxmamalıdırlar. Amma bəzi hallarda görürük ki, ana yanında uşaqla mağazaya gedir. Olmaz, bütün hallarda qorunmaq lazımdır. Hər kəs dərk etməlidir ki, bu, ilk növbədə uşaqların özü üçün təhlükəlidir. Digər tərəfdən də uşaqlarda xəstəlik yüngül və səthi keçdiyinə görə çox zaman onun xəstə olduğunu bilmirlər və həkimə də müraciət etmirlər. Nəticədə uşaq özü tez bir zamanda sağalır, amma evdə olan valideynlərini, nənə və babasını yoluxdurur. Ona görə də düşünmək lazımdır ki, uşağın yoluxması bir babanın, bir nənənin həyatının sonu ola bilər. Bu baxımdan uşaqların izolyasiyası ən vacib tədbirlərdən biridir”.

 

 

“Yoluxucu şöbə tamamilə boşdur”

 

N.Quliyevin sözlərinə görə, uşaqların koronavirusu yüngül keçirməsi onların immun siseminin möhkəm olması, maddələr mübadiləsinin sürətli getməsilə bağlıdır:

 

“Uşaqlarda maddələr mübadiləsi böyüklərə nisbətən sürətlə gedir. Uşaqların orqanizminin qoruyucu funksiyası böyüklərdən 3 dəfə çoxdur. Biz uşaq həkimləri olaraq, həmişə deyirik ki, düzgün müalicə ediləndə uşaqlar həkimlərin üzünü böyüklərdən qat-qat çox ağardır. Bu təkcə koronavirusla bağlı deyil. Bəlkə də bu Allahın bizə lütfüdür ki, balalarımız bu xəstəliyi yüngül keçirirlər”.

 

Baş pediatr qeyd edib ki, hazırda mövsümi qripə yoluxma yox həddindədir:

 

“Yoluxucu xəstəliklər şöbəsi tamamilə boşdur. Bunun da ilkin səbəbi bağçaların, təhsil müəssisələrinin bağlı olmasıdır”.

 

“Dünyada insandan başqa elə canlı yoxdur ki, südünü balasından əsirgəsin”

 

Baş pediatr deyib ki, koronavirusla bağlı dünyada həyata keçirilən tədbirlər ekoloji şəraitin yaxşılaşmasına müsbət təsir göstərib:

 

“Hava təmizlənib, ekologiya dəyişib, canlılar bayram edir, delfinlər artıq İtaliyanın Venesiya şəhərində üzür və s. Bu faktlar onu göstərir ki, əgər biz istəsəydik, ekoloji şərait pisləşməzdi. Təbiətin elə qanunları var ki, onları pozmaq olmaz. Təbiət onun qanunlarını pozan insanlardan həmişə qisas alır. İndi təbiət məhz koronavirusla biz insanlardan qisas alır. Təsəvvür edin, ana dünyaya uşaq gətirir, amma ona süd verməkdən imtina edir. Dünyada insandan başqa elə bir canlı tapmazsınız ki, doğsun, dünyaya bala gətirsin, ondan südünü əsirgəsin. İnsan şüurlu, ağıllı varlıq olsa da, belə məsələlərdə hamıdan ağılsızdır. Ona görə də insan səhv yolu tutanda təbiət ondan qisas alır.

 

Bu gün bu bəladan qurtulmağın ən asan yolu ev qalmaqdır. Ona görə də hamı evdə qalsın və dünyamız normal düzəninə geri qayıtsın. Hökumət bizdən əlavə nəsə istəmir ki? Bəzi insanlar deyir “evdə qalıb darıxıram”. Mən belə insanları anlamıram. Əgər təkcə darıxmağı əsas götürüb izolyasiya prinsiplərini pozur və öz həyatımı riskə atıramsa, deməli iradəsiz insanam. Adamlar var ki, 30-40 il məhbus həyatı yaşayır. Cinayətkar olsa da, o da insandır, bəs o necə dözür? Biz sadəcə iradəli olmalıyıq. Koronavirus bütün dünya ölkələri üçün öz xalqının nə qədər sivil, mədəni, iradəli oluğunu sübut etmək üçün bir sınaqdır. Evdə qalmaq heç kimə bəla gətirməyəcək. Amma evdən çıxmaq bəlanın müddətini uzadacaq. Biz izolyasiya qaydalarına riayət etməliyik ki, bu bəladan ən az itki ilə xilas olaq”.

 

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşdan 89 yaşadək şəxslərin olduğunu bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP İdarə Heyətinin iclası keçirilib 12 Avqust 2020, 17:16 İcra hakimiyəti iki iri marketi cərimələdi - FOTO 12 Avqust 2020, 17:10 Bu yaşda olan insanların daha çox psixoloji dəstəyə ehtiyacı var 12 Avqust 2020, 17:05 Azərbaycanda daha bir sığorta şirkəti əmlakını satışa çıxardı 12 Avqust 2020, 17:00 Yeni nağıl qəhrəmanı yaradın! - Müsabiqə 12 Avqust 2020, 16:55 “Apple”in rəhbəri milyarder oldu 12 Avqust 2020, 16:50 İlham Zəkiyev sədr seçildi 12 Avqust 2020, 16:45 İlham Əliyev taksi sürdü - VİDEO 12 Avqust 2020, 16:39 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artır - daha 2 nəfər öldü 12 Avqust 2020, 16:33 Bayden Konnektikutedə ilkin seçkilərdə qələbə qazanıb 12 Avqust 2020, 16:27 Diaspor hərəkatının dönüş nöqtəsi - 1-ci hissə 12 Avqust 2020, 16:22 Niderlandda ən böyük narkolaboratoriya  bağlandı 12 Avqust 2020, 16:17 Kürdəmirdə “Mercedes” traktora çırpılıb, ölən var 12 Avqust 2020, 16:12 Qubaya istirahətə gələn 7 nəfər cərimələndi 12 Avqust 2020, 16:06 Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF 12 Avqust 2020, 16:00 Nazir Xəzər sahilinin təmizlənməsi prosesində - Foto 12 Avqust 2020, 15:55 Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi - SƏRƏNCAM 12 Avqust 2020, 15:50 Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir 12 Avqust 2020, 15:48 Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ 12 Avqust 2020, 15:45 “Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI 12 Avqust 2020, 15:40 Yas mərasimində iştirak edən 17 nəfər saxlanıldı - FOTOLAR 12 Avqust 2020, 15:34 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atıldı 12 Avqust 2020, 15:28 Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin olundu 12 Avqust 2020, 15:22 İlham Əliyev yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR 12 Avqust 2020, 15:16 15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilər 12 Avqust 2020, 15:10 Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı 12 Avqust 2020, 15:08 Orta məktəblərdə dərsə davamiyyət məcburi olmayacaq 12 Avqust 2020, 15:02 Goranboyda karantin reydləri keçirilir 12 Avqust 2020, 15:00 Neft Fondunun gəlirləri niyə azalır? - AÇIQLAMA 12 Avqust 2020, 14:56 190 manat alacaq səxslərin siyahısı banklara göndərildi - RƏSMİ 12 Avqust 2020, 14:54 Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi 12 Avqust 2020, 14:48 "Barselona"nın futbolçusu koronavirusa yoluxdu 12 Avqust 2020, 14:42 “Gələcəyimiz gənclərdir” festivalı baş tutub - FOTO 12 Avqust 2020, 14:36 Azərbaycanda məhbus qollarını doğradı 12 Avqust 2020, 14:30 Dövlət sahibkarlara 250 manat ödənişinə BAŞLADI 12 Avqust 2020, 14:24