Modern.az

“Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat

“Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat

Aktual

6 Aprel 2020, 20:21

“Cənab prezidentin məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncamı növbəti humanist addım hesab edirəm. Bu Sərəncamla neçə-neçə ailə hazırda sevinc içərisindədir. Belə humanist addımı ancaq alqışlamaq olar”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.


Deputat son günlərdə bəşəriyyətin üzləşdiyi problemin insanların narahatlığına səbəb olduğunu da qeyd edib:

“Hazırda ölkəmiz də daxil olmaqla, dünya insanları gözəgörünməz müharibə ilə üz-üzə dayanıblar. Dünyada cərəyan edən koronavirus (COVİD-19) infeksiyası əsasən yaşlı insanların ölməsi ilə diqqət çəkir. Yaşlı insanlar risk qrupuna daxildirlər. Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaşı 65-dən yuxarı olan insanların sağlamlığının mühafizəsi ilə bağlı qərarı var. Yaşlı insanların evdən çıxması qadağan edilib. Belə həssas məqamda ölkə başçısı humanist və insani davranış sərgiləyərək 65 yaşdan yuxarı olan 176 məhkumu əfv edib. Hesab edirəm ki, ölkə başçısının bu addımı dünyaya bir nümunədir. Çünki o yaşda olan insanların daha çox diqqətə və ailə qayğısına ehtiyacı var.  Düşünürəm ki, bu cür məsələlər təqdir olunmalıdır. Hesab edirəm ki, cənab prezidentin bu humanist addımından əfv olunanlar nəticə çıxaracaqlar".

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü