Arxiv
7 Aprel 2020, 16:05 | PARLAMENT
“Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır” - Vitse-spiker

"Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Bu, dövlət başçısının növbəti humanist addımıdır".

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev deyib. Sədr müavini bildirib ki, cəmiyyət həmişəki kimi Prezidentin bu qərarını müsbət qiymətləndirib:

 

"Ancaq müxalifətin marginallaşan hissəsi yenə də öz ampluasındadır. Bir neçə gün əvvələ deyirdilər ki, niyə əfv verilmir. Əfv Sərəncamı verilir, indi isə bu fikrin tərsini deyirlər. Görünür, bu bəd niyyətli insanlar Prezidentin Sərəncamını sonadək oxumayıblar. Həmin sənədin giriş hissəsini radikal müxalifətin diqqətinə çatdırmaq istəyirəm. Sərəncam dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb".

 

Adil Əliyev bu Sərəncamdan bir neçə gün əvvəl 200 məhbusun da azadlığa buraxıldığı vurğulayıb:

 

"Bundan başqa, adına “siyasi məhbus” dedikləri şəxs azad olunaraq Avropa ölkələrindən birinə köçdü. İndi isə yaşı 65-dən yuxarı olan 176 məhkum əfv edildi. Sözdə liberal dəyərlərdən dəm vuran kəsim əslində əfvə qarşı çıxmaqla elan etdikləri dəyərlərin əleyhinə gedir. Koronavirusa görə əfv fərmanları bir neçə, o cümlədən radikal müxalifətin sitayiş etdiyi ölkələrdə də verilib. Qəribə məntiqdir. Radikal müxalifət həmin ölkələrdə əfv fərmanları veriləndə alqışlayır, onları nümunə göstərir, elə ki, oxşar sənəd Azərbaycanda qəbul olunanda buna qarşı etiraz edir. Yəni Prezidentin hansı qərar verməsindən asılı olmayaraq, ona qarşı kəskin müxalifdirlər. Əlbəttə, radikal müxalifətdən tərif gözləmirik, ancaq marginallar ağa qara deməklə ancaq ətrafındakı məhdud qrupu aldada bilərlər. Cəmiyyət isə növbəti əfv Sərəncamını alqışlayır. Əfv olunanların arasında azadlıqdan ömürlük məhrum olunmuş iki nəfər var. Onlardan biri 20, biri isə 25 il cəza çəkib. Radikal müxalifətin sosial şəbəkələrdəki “liderləri” və onların trolları bunu dəyərləndirmək əvəzinə diqqəti ağır cinayət törədən və əfv olunan bir neçə şəxs ətrafında fokuslaşdırıblar. Radikal müxalifət yeni mövzu axtarışında məntiqsiz “niyə onlar əfv olundu, bizimkilər əfv olunmadı” sualı ilə sosial şəbəkələrdə gündəmi məşğul etmək istəyirlər. Daha anlamırlar ki, əfv sərəncamı radikal müxalifətin təbirincə desək, “onlarla” “bunlar” arasında fərq qoymur. Ona qalsa, əfv olunanlar arasında Nardaran hadisələrinə görə həbs olunan 2 nəfər də var, hansıları ki radikal müxalifət onları dəstəkləyirdi. Göründüyü kimi, dövlət kimsədən qisas almır".

 

Sədr müavininin sözlərinə görə, əfv olunanlar cəzasının bir hissəsini çəkmiş, ciddi xəstəliyi olan və virusa yoluxma baxımından həssas qrupa – 65 yaşından yuxarılara şamil edilib:

 

"Ancaq marjinallar əfv olunmalı şəxslər arasında elə ad çəkirlər ki, heç həmin şəxsin hələ məhkəməsi olmayıb. Hansı hüququ dövlətdə məhkəməsi olmayan şəxsi əfv edirlər? Prezidentin və birinci vitse-prezidentin təşəbbüsü ilə dəfələrlə əfv Sərəncamları verilmiş, amnistiya Aktları qəbul olunmuşdur. Bəzən il ərzində bir neçə dəfə əfv sərəncamları olur. Ötən illər ərzində minlərlə məhbus azadlığa çıxıb. Dövlət başçısı azadlıqdan məhrum edilən və cəzasının böyük hissəsini çəkmiş insanları azadlığa buraxmaqla onlara ailələrinə qovuşmaq və etdikləri səhvdən nəticə çıxarmaq üçün şans verir. Koronavirusun yayıldığı indiki məqamda bu şans həm də həssas qrupa daxil olan insanlara münasibətdə humanist bir addımdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yazıçı Həmzəli İlyas dünyasını dəyişdi 5 İyun 2020, 13:17 Deputatdan Şamaxıda kənd adının dəyişdirilməsinə ETİRAZ: “O kənd türk adıdır” 5 İyun 2020, 13:16 2019-cu il dövlət büdcəsinin icrasına dair sənəd ilk oxunuşda təsdiqləndi 5 İyun 2020, 13:11 Siyavuş Novruzovdan həmkarlarına: “Ayrılan pullar xərclənib, bitib, gedib” 5 İyun 2020, 13:11 Deputat uşaqpulunun bərpasını İSTƏDİ 5 İyun 2020, 13:11 Fransa səfiri Tural Gəncəliyevlə görüşdü 5 İyun 2020, 13:09 Komitə sədri hökumətə təkliflər VERDİ 5 İyun 2020, 13:05 Bakıda “Vinçester”lə havaya atəş açan şəxs TUTULDU 5 İyun 2020, 13:00 Heminquyein naməlum qalmış hekayəsi nəşr olunub 5 İyun 2020, 12:57 Sabahın hava proqnozu AÇIQLANDI 5 İyun 2020, 12:53 Deputat parlamentdə su problemini qaldırdı: “Taxıl zəmisi susuzluqdan yandı” 5 İyun 2020, 12:52 Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı ELAN OLUNDU 5 İyun 2020, 12:46 Bu şəhərlərdə yeni inzibati binalar istifadəyə verildi - Foto 5 İyun 2020, 12:42 Təhsil Nazirliyi tədris ilinin sonunu qarışdıranlara aydınlıq gətirdi 5 İyun 2020, 12:40 Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR 5 İyun 2020, 12:37 Rusiyada koronaviruslu xəstələrin sayı 450 minə ÇATDI 5 İyun 2020, 12:34 DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT 5 İyun 2020, 12:32 Polis maskadan istifadə etməyənlərlə bağlı reydləri gücləndirdi - FOTOLAR 5 İyun 2020, 12:29 Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR 5 İyun 2020, 12:26 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 5 İyun 2020, 12:23 Aybəniz Haşımova qızıl yel xəstəliyinə yoluxdu 5 İyun 2020, 12:19 Nazir  icra başçısı həbs edilən rayonun polis rəisini İŞDƏN ÇIXARDI 5 İyun 2020, 12:15 “Azərişıq” həftəsonu gücləndirilmiş rejimdə işləyəcək 5 İyun 2020, 12:12 Poçt şöbələrinin fəaliyyəti dayandırılır 5 İyun 2020, 12:10 Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı 5 İyun 2020, 12:07 İcaze.e-gov.az yenidən aktivləşdi 5 İyun 2020, 12:05 Kadr hazırlığı Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyır - Zahid Oruc 5 İyun 2020, 12:01 Tələbə qız evlənmək istəmədiyi üçün intihar etdi 5 İyun 2020, 12:00 Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov 5 İyun 2020, 11:56 XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir” 5 İyun 2020, 11:53 Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər - FOTO 5 İyun 2020, 11:50 “Əliqismət Lalayev maaşımı vermir” - Çingiz Əhmədov 5 İyun 2020, 11:47 “4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli 5 İyun 2020, 11:45 Komitə sədri: “Kölgə iqtisadiyyatı ilə aparılan mübarizə...” 5 İyun 2020, 11:43 TƏBİB-dən marketlərlə bağlı MÜRACİƏT   5 İyun 2020, 11:41