Arxiv
8 Aprel 2020, 08:22 | MƏDƏNİYYƏT
Gülağa Məmmədovun Azərbaycana gətirdiyi Təbrizli SƏNƏTKAR

64 il bundan öncə dünya bambaşqa idi. O vaxtlar Sovet İttifaqı kommunist partiyası mərkəzi komitəsinin baş katibi Nikita Xruşşov dünyaya meydan oxuyurdu. İranda isə feodalizm tüğyan edirdi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvinin dövranı idi. Ölkənin Təbriz şəhərinin Çərandab məhəlləsində Qulu adlı bir kişi zövcəsi Xədicəsultan xanımla birlikdə zəmanənin çətinliklərinə sinə gərərək, övladlarını böyüdürdü. Ailədə yeddi uşaq var idi - üç qız, dörd oğlan. Bu gün sizə həmin oğlanlardan biri - Yaqubdan söhbət açmaq istəyirəm...


Necə deyərlər, Yaqub çox fərasətli uşaq idi. Təhsilə maraq göstərər, zirəklikdə tay-tuşlarından geri qalmazdı. Gözəl avazı, məlahətli səsi onu məhəllənin sevimlisi etmişdi. Yeddi yaşı olanda Qulu kişi onu Fərvərdin Mədrəsəsinə aparıb adını şagirdlər siyahısına yazdırdı. Tezliklə təhsil almağa başlayan Yaqubun sevincinin həddi-hüdudu bilinmirdi. Qarşıda onu gözləyən uğurlardan hələ xəbərsizdi...


İllər ötdü. Bir gün onu Təbriz televiziyasının uşaqlar üçün proqramına dəvət etdilər. Oxuduğu "Cücələrim" mahnısı ilə Azərbaycan, eləcə də İranda dillər əzbəri olanda özünü kəşf etməyə başladı. Çox keçmədən xalq və bəstəkar mahnılarıyla tanış olan və məharətlə ifa edən Yaqub on beş yaşında Təbrizin Milli Televiziyasında "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə" və "Dilbər" mahnılarını oxudu. Sonra Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi...


1979-cu ildə İranda baş verən xalq inqilabından bir il sonra Almaniyaya köçən Yaqub Zurufçu öz musiqi təhsilinə Hamburq şəhərindəki universitetlərdən birində başlayıb. Oranı vokal sənəti üzrə bakalavr kimi bitirərək, daha sonra ABŞ-ın Florida ştatının Mayami Universitetində magistr dərəcəsinə yiyələnib...

1989-cu ildə mərhum xalq artisti Gülağa Məmmədov Almaniyda səfərdə olarkən Yaqub Zurufçunun “Ayrılıq” mahnısını əks etdirən, həvəskar kamera ilə çəkilən klipi görüb heyrətlənir və həmin klipin videosurətini Azərbaycana gətirib televiziyada yayınlanmasına nail olur. Çox keçmir ki, Gülağa Məmmədovun dəvəti, “Vətən Cəmiyyəti”nin dəstəyi ilə Yaqub Zurufçu ilk dəfə Azərbaycana gəlir...


O, ABŞ vətəndaşı olmaqla bərabər, 2009-cu ildən həm də Azərbaycan Respublikasının vətəndaşıdır. "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb...


Deyir ki, - “Bir müğənni gün ərzində neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir, amma o müğənni düşünməlidir ki, bu insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və gözəl mahnılarla dinləyicinin zövqünü oxşamalıdır”...


Aprelin 8-də Yaqub Zurufçunun ad günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.


Yaşayıb yaratmaq gözəldir, qardaşım! 64 yaşınız mübarək!


Elman Eldaroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsrail fələstinlilərə məxsus iş yerlərini bağlayır 1 İyun 2020, 09:57 Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 1 İyun 2020, 09:51 “Ekologiya postu” sökülür - FOTO 1 İyun 2020, 09:39 “Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırıldı 1 İyun 2020, 09:27 Azərbaycanda poçt işçiləri bayram edir 1 İyun 2020, 09:21 Ermənilər bu rayonlarımızı atəşə tutdular 1 İyun 2020, 09:16 Hüquq siyasəti və dövlət quruculuğu komitəsi iki layihəni müzakirəyə çıxarır 1 İyun 2020, 09:10 Nebraska ştatının qubernatoru 28 mayı Azərbaycan Günü elan etdi 1 İyun 2020, 09:05 Bərdədə ana və qızı GÜLLƏLƏNDİ -FOTO 1 İyun 2020, 09:00 Milli Məclisin yeni deputatı: “Azərbaycanı bugünkü gənclər idarə edəcək” - MÜSAHİBƏ 1 İyun 2020, 08:47 Ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə - sənəd qəbulu başladı 1 İyun 2020, 08:46 Milli Məclis növbədənkənar iclas ÇAĞIRDI 1 İyun 2020, 08:22 Güləş Federasiyasının prezidenti vəfat etdi 1 İyun 2020, 00:57 16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu 1 İyun 2020, 00:49 Deputatdan hökumətə ünvanlı sosial yardım çağırışı - VİDEO 1 İyun 2020, 00:40 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu başlanılır 1 İyun 2020, 00:34 Mehriban Əliyeva uşaqları belə təbrik etdi - FOTO 1 İyun 2020, 00:23 Uşaqların Beynəlxalq Müdafiəsi günüdür 1 İyun 2020, 00:14 Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır 1 İyun 2020, 00:04 Bakıda naməlum şəxslər ər-arvadı döydülər 31 May 2020, 23:54 Rusiyadan ABŞ-a etiraz 31 May 2020, 23:46 Komendant saatının vaxtı uzadıldı 31 May 2020, 23:35 Tovuzda 25 yaşlı gənc intihar etdi 31 May 2020, 23:21 Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38