ABŞ-da koronavirusa yoluxanların sayı 400 mini ötüb.
Modern.az xəbər verir ki, ötən sutka bu ölkədə rekord sayda - 33,331 yoluxma faktı qeydə alınıb. Bununla da ABŞ-da koronavirs aşkarlananların sayı 400,335-ə yüksəlib.
ABŞ-ın anti-rekordu bununla bitməyib. Belə ki, ötən sutka bu ölkədə COVİD-19-dan ölənlər də rekord sayda olub - 1,970. ABŞ bir gündə ölü sayına görə Fransanın (1417) anti-rekordunu qırıb.
Qeyd edək ki, ötən günün statistikasına əsasən dünyada koronavirusa yoluxanların sayı 1,430,919-a, virusdan ölənlərin sayı 82,034-ə, sağalanların sayı isə 301,905 -ə yüksəlib.
T.İSMAYIL