Modern.az

MTN yeni nazir müavini təyinatını təsdiqlədi

MTN yeni nazir müavini təyinatını təsdiqlədi

Aktual

24 Aprel 2012, 17:01

Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr mərkəzi Modern.az-ın sorğusuna cavab olaraq yeni nazir müavini təyinatını təsdiqləyib.

MTN-nin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Bababyev Modern.az-a açıqlamasında təyinatla bağlı bunları deyib: “Bəli, MTN Səbail rayon İdarəsinin rəisi polkovnik Elçin Əliyev nazir müavini təyin olunub”.

Qeyd edək ki, Elçin Əliyevin gətirildiyi postu əvəllər milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyev tuturdu

Əli Nağıyev MTN-dəki vəzifəsindən kənarlaşdırılandan sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin olunub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı