Modern.az

Ermənilər koronavirusa görə Laçının bu kəndini karantinə BAĞLADI

Ermənilər koronavirusa görə Laçının bu kəndini karantinə BAĞLADI

8 Aprel 2020, 14:32

Ötən gün Azərbaycanın işğal altındakı ərazilərində ilk koronavirusa yoluxma halı təsidq olunmuşdu.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, virusa yoluxan 63 yaşlı Qarabağ ermənisinin hələ martın 30-da Ermənistanın Artaşat rayonundan işğal altındakı əraziyə gəlməsi müəyyən olunub.

 

Bundan başqa, həmin şəxs martın 31-də baş tutan qondarma “prezident” və “parlament seçkiləri”də də iştirak edib. Koronavuruslu xəstənin yaşadığı Laçının Mirik kəndi tam karantinə alınıb. Kənddə yaşayan 40 ailə (180 nəfər) kənddən çıxışına sərt qadağa qoyulub.

COVİD-19-a yoluxan 63 yaşlı sakin isə vəziyyəti ağır olduğu üçün Yerevana müalicəyə göndərilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?