Modern.az

Azərbaycan martda gündəlik 763,9 min barrel neft hasil edib

Azərbaycan martda gündəlik 763,9 min barrel neft hasil edib

İqtisadiyyat

8 Aprel 2020, 18:07

2020-ci ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barrel olub. Bunun 683,7 min barrelini xam neft, 80,2 min barrelini kondensat təşkil edib. 

 

Energetika Nazirliyindən Modern.az-a verilən məlumata görə, gündəlik 418,9 min barrel xam neft, 76,2 min barrel kondensat, 15,5 min barrel neft məhsulları ixrac edilib.

2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

 

Energetika Nazirliyi mart üzrə hasilat göstəriciləri ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin 31 mart tarixində başa çatıb. Sabah OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında 9-cu iclası keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!