Modern.az

Deputat şəhid analarını ziyarət etdi - FOTOLAR

Deputat şəhid analarını ziyarət etdi - FOTOLAR

Aktual

9 Aprel 2020, 11:58

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Ceyhun Məmmədov şəhid ailələri, Qarabağ qaziləri, sosial müdafiəyə ehtiyacı olan insanlarla görüşlərini davam etdirir.

Modern.az xəbər verir ki, Ceyhun Məmmədov şəhid anaları Allahverdiyeva Ülkər Mövluş qızı və Teyyubova Əntiqə Məhi qızına baş çəkib. O, şəhid analarının qayğıları ilə maraqlanıb, problemlərini daim diqqətdə saxlayacağını bildirib.

Millət vəkili eyni zamanda bir neçə ailəyə ərzaq yardımı da edib.

C.Məmmədov bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı