Modern.az

İbrahim Məmmədov: “Fonda yığılan pullar xalqın vəsaitidir”

İbrahim Məmmədov: “Fonda yığılan pullar xalqın vəsaitidir”

Aktual

9 Aprel 2020, 15:10

“Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ ki, xərclənməyib”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildrib.

 

İ.Məmmədov qeyd edib ki, hazırda vəsaitin xərclənməsi mexanizmi tam formalaşmayıb:

 

“Bu, xalq vəsaitidir. Ona görə də vəsaitin xərclənməsi zamanı şəffaflıq maksimum təmin olunacaq. Bununla bağlı komissiya yaradılacaq. Komissiyada alimlər, deputatlar, maliyyəçilər, iqtisadçılar olacaq. Həmin adamlar qərar verəcək ki, istiqamət hara xərclənsin. Onlar həm də vəsaitin xərclənməsinə nəzarət edəcəklər. Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytında vəsaitin xərclənməsi bölümü var. O bölməyə vətəndaşlar daxil olub hər bir qəpiyin hansı istiqamətə xərcləndiyi haqqında məlumat ala biləcək”.

 

Qeyd edək ki, indiyədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110,847,432 manat yardım köçürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü