Arxiv
9 Aprel 2020, 18:33 | AKTUAL
Azercell dünyanın ən çox baxılan televiziya kanalarını təqdim edir

Abunəçilər 200-dən artıq ən populyar televiziya kanallarını yüksək keyfiyyətdə izləyə biləcəklər

 

Azercell Telekom yeni NNTV mobil TV tətbiqi vasitəsilə ən çox baxılan televiziya kanalarını abunəçilərinə təqdim edir. Bu tətbiq Azercell istifadəçilərinə çox rahatlıqla və sərfəli qiymətlərlə yerli və xarici ən populyar televiziya kanallarını yüksək keyfiyyətdə izləmək imkanı verir. 

 

Mobil operatordan Modern.az-a verilən məlumata görə, indi Azercell abunəçiləri NNTV tətbiqi ilə daha çox - 200-dən artıq dünyanın ən baxımlı kanallarını izləyə biləcəklər. Burada hər zövqə uyğun tamaşaçı marağını təmin edəcək televiziya kanallarını tapmaq mümkündür. Belə ki, abunəçilər mobil TV tətbiqi vasitəsilə bədii film, musiqili proqramlar, uşaq, əyləncə kanallarını fasiləsiz olaraq yüksək səviyyəli HD formatda izləyəcəklər. NNTV İdman paketinə abunə olmaqla isə ən populyar matçlar və idman yarışlarına baxmaq imkanı mövcuddur.

Heç bir əlavə avadanlıq olmadan telekanalları izləmək imkanı verən bu texnoloji yenilikdən həm fakturalı, həm də fakturasız xətt abunəçiləri yararlana bilər. Xidmət  Android/IOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, abunəçilərin rahatlığını təmin edərək, 200-dən artıq dünyanın ən baxımlı kanallarını izləmək üçün onlara 2 növ tarif – günlük və aylıq paket, İdman paketinə isə aylıq abunəlik təklif olunur. Xüsusilə vurğulamaq istərdik ki, NNTV-yə ilk dəfə qoşulanlar 7 gün ərzində mobil TV-dən tamamilə ödənişsiz istifadə edəcəklər. Yalnız bir həftəlik istifadədən sonra xidmət ödənişli əsaslarla təqdim ediləcək.

NNTV xidməti ilə bağlı ətraflı məlumatla https://www.azercell.com/az/personal/services/partner_services/mobiltv/ internet səhifəsində tanış olmaq mümkündür.

Dünyada baş verən məlum vəziyyətlə bağlı özünün və cəmiyyətin sağlığı naminə hər kəsin evdə qalmağı tövsiyə olunur. Bunu nəzərə alaraq, Azercell şirkəti bütün istifadəçilərinə zamanlarını səmərəli və maraqlı keçirə bilmələri üçün davamlı olaraq müxtəlif kampaniyalar və xidmətlər təklif edir. Belə ki, Azercell abunəçilərinin Zvuk aylıq paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən Azercell şəbəkəsində tam limitsiz istifadə imkanı vardır. Həmçinin, eyni anda 12 xarici dil öyrənmək imkanı verən dünyaca məşhur xarici dil öyrənmə mobil tətbiqi Busuu 24 mart–30 aprel tarixlərində aylıq paketi 50% endirimlə Azercell abunəçilərinin ixtiyarına verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident karantin rejimini pozdu - FOTO 4 İyun 2020, 01:01 “Yoluxmaların artması həftə sonu sərt karantin rejiminin tətbiqini zəruri edir” - Rəşad Mahmudov 4 İyun 2020, 00:47 Cəlilabadda qohumu 44 yaşlı qadını döydü 4 İyun 2020, 00:33 Təhsil Nazirliyi saxlanılan tələbələrin görüntülərini yaydı - VİDEO 4 İyun 2020, 00:26 “Keşikçidağ”da təxribat törədiləcəyi barədə məlumatlar əldə olunub” - DSX 4 İyun 2020, 00:11 Azərbaycanda zəlzələ oldu 3 İyun 2020, 23:56 Fransada COVİD-19 qurbanlarının sayı 30 minə çatdı 3 İyun 2020, 23:45 İqbal Ağazadədən Şuşa ilə bağlı VİDEOMÜRACİƏT 3 İyun 2020, 23:29 Tramp tibbi müayinədən keçdi 3 İyun 2020, 23:14 Aeroport yolunda avtobus partladı - VİDEO 3 İyun 2020, 23:01 Komendant saatının vaxtı uzadıldı 3 İyun 2020, 22:47 Kompüterin bakılı çempion üzərində qələbəsi - VİDEO 3 İyun 2020, 22:34 Qaxa dolu yağdı 3 İyun 2020, 22:20 Qazaxıstan tədricən latın əlifbasına keçir 3 İyun 2020, 22:08 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 609-a çatıb 3 İyun 2020, 21:57 Əhliman Əmiraslanov Saatlıda seçiciləri qəbul edib - FOTO 3 İyun 2020, 21:45 Başına 1 milyon pul qoyulan terrorçu Türkiyədə yaxalandı 3 İyun 2020, 21:33 “Avropa Şurası anti-Azərbaycan mövqedədir” - İlham Əliyev 3 İyun 2020, 21:24 Prezident İlham Əliyev Ağdamda hərbi hissədə olub - YENİLƏNİB 3 İyun 2020, 21:09 Belarus hökuməti istefaya göndərildi 3 İyun 2020, 20:57 “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 3 İyun 2020, 20:44 “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb” - Prezident 3 İyun 2020, 20:35 Qadağalar bəzi kəndləri də əhatə edəcək   3 İyun 2020, 20:24 Neftçalada ağır qəza: xəsarət alanlar var 3 İyun 2020, 20:10 Operativ Qərargah mətbuata da məhdudiyyət qoyacaq 3 İyun 2020, 20:06 Sərhədlər nə vaxt açılacaq? - Operativ Qərargah AÇIQLADI 3 İyun 2020, 19:59 İmtahanların vaxtı dəyişdirilə bilər 3 İyun 2020, 19:57 Azərbaycanda işsizlərə yenidən 190 manat verilə bilər 3 İyun 2020, 19:53 Dövlət qurumlarında çalışanlar 3 növbədə işdən buraxılacaq 3 İyun 2020, 19:51 Qaydalara əməl edilmədikcə, sərtləşdirmə davam edəcək - İbrahim Məmmədov 3 İyun 2020, 19:46 Baş Nazir sabah qərar verəcək 3 İyun 2020, 19:42 Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ 3 İyun 2020, 19:38 Metroda xuliqanlıq edən 5 nəfərə cinayət işi AÇILDI 3 İyun 2020, 19:37 Test nəticəsi pozitiv çıxanlar xəstəxanalara yerləşdirilir - TƏBİB sədri 3 İyun 2020, 19:36 Karantin rejimində yeni QADAĞALAR - SMS icazə geri qayıdır 3 İyun 2020, 19:32