Arxiv
10 Aprel 2020, 12:16 | ANALİTİKA
Koronavirusdan sonra beynəlxalq əlaqələr necə dəyişəcək? - ŞƏRH

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Kanadanın nüfuzlu “Geopolitical Monitor” nəşri üçün COVİD-19 pandemiyasının bitməsindən sonra dünya düzəninin necə dəyişəcəyi və normal həyata qayıdışa dair məqalə yazıb.


Modern.az-ın məlumatına görə, məqalədə bildirilir ki, COVID-19 pandemiyası dünyanda böhran yaratdığı bir vaxtda çox sayda ekspertlər ölkələrin və digər aktorların davranışlarında dəyişikliklərin olacağını proqnoz edirlər. Bəziləri ölkələr arasında sərhədlərin bağlanması ilə qloballaşma təhlükəsinə dair xəbərdarlıq edir, digərlər ksenofobiya, milliyyətçilik və rasizmin yeni dalğasının  baş qaldıracağını ehtimal edirlər. Həmçinin qlobal böhran fonunda böyük güclər arasında rəqabətin artacağı proqnozlaşdırılır.

Lakin müəllifin fikrincə, dünyanın beynəlxalq əlaqələr sistemində hər hansı köklü dəyişiklər baş verməyəcək.

Müəllif məqalədə COVİD-19 infeksiyası ilə 1918-1919-cu illərdə yayılmış İspan qripi pandemiyasının müqayisəli təhlilini aparır: “Bu pandemiyadan sonra bir sıra ölkələrin milli səhiyyə sisteminin yenidən qurulmasına baxmayaraq beynəlxalq münasibətlər sistemində əsaslı dəyişiklik müşahidə olunmadı. Dünya BMT-nin sələfi olan Millətlər Liqasının yaranmasına və dağılmasına şahid oldu. 1939-1945-ci illərdə daha bir dünya müharibəsi baş verdi. I Dünya Müharibəsi İspan qripinə nisbətən beynəlxalq münasibətlərdə daha çox dəyişiklik yaratdı”.


Müəllif hesab edir ki, koronavirusdan sonrakı dövrdə bəzi ölkələrdə baş qaldıracaq iqtisadi böhran yeni regional münaqişələrə səbəb ola bilər. Lakin bəşəriyyət bu virus və ya digər yoluxma nəticəsində ərzaq çatışmazlığı ilə qarşılaşmadığı müddətdə dünya ciddi şəkildə dəyişməyəcək.

Fərid Şəfiyev qeyd edir ki, ölkələrin bu pandemiya ilə necə mübarizəsinə dair bir sıra müzakirələr aparılır. Bəzi ekspertlər dünyanın gələcəkdə də bu kimi viruslarla qarşılaşa biləcəyini əsas tutaraq  COVİD -19 pandemiyasından sonra  hansı nəticələrin çıxarılmalı olduğuna diqqət çəkir. “Görünür, bu böhran xüsusilə virusun ilkin dövrlərində informasiya çatışmazlığı səbəbindən daha da şiddətlənib. Böyük hökumətlər resursların səfərbər olunması və pandemiyanın və iqtisadi böhranın nəticələrinin yüngülləşdirilməsi baxımından daha çox təminatlıdır. Eyni zamanda yüksək səviyyədə səhiyyə sistemi əhalinin daha yaxşı tibbi imkanlardan yararlanması üçün vacibdir”,- deyə müəllif qeyd edir.


F.Şəfiyev hesab edir ki, bu pandemiyadan sonra cəmiyyətlərin “yeni normalar”a keçməsi ilə “normal həyata qayıdış” prosesi başlayacaq. Əksər ölkələrdə siyasi düzən və beynəlxalq əlaqələrin hazırki forması olduğu kimi qalacaq. Eyni zamanda bəzi ölkələr öz səhiyyə sistemlərini və fövqəladə hadisələrə reaksiya imkanlarını daha da təkmilləşdirəcəklər. Təhsil və biznes mühitində onlayn platformalardan istifadə daha da artırılacaq.


 Müəllifin fikrincə, BMT, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qlobal böhranlar dövründə daha vacib qurumlara çevrilir. Beynəlxalq səhiyyə orqanları, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının işi, o cümlədən milli səhiyyə sistemləri daha da gücləndirilməlidir.


Məqalədə qeyd olunur ki, COVİD-19 pandemiyası bioloji müharibənin baş verəcəyi ilə bağlı müzakirələrə yol açıb. “Lakin bu ideyalar yeni deyil. Bioloji silahlar I Dünya Müharibəsindən sona qadağan edilib. Bu qadağa 1972 və 1993-cü illərdə  bu silahların istehsalı və tədarükünün kriminallaşdırılmasına dair qanunlarla daha da gücləndirilib. COVİD-19-un yayılması onu göstərdi ki, bioloji silah heç bir ölkəyə güzəştə getməz və hətta silahı buraxan ölkəni də yoluxdurar”, -deyə məqalənin müəllifi vurğulayıb.   

Sonda Fərid Şəfiyev bildirib ki, bütün hallarda dünya gözlənilən iqtisadi böhranın simasında COVİD-19-un təsirlərini hiss edəcək, lakin bəşəriyyət bu problemlə əvvəllər də qarşılaşıb. Dünya liderləri milliyyətçiliyin növbəti dünya müharibəsinə yol aça biləcəyi səviyyəyə çatmasının qarşısını alacağı təqdirdə bu problem idarə olunan bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:45 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37 Hakimliyə namizədlər yazılı imtahan veriblər 7 Avqust 2020, 16:29