Arxiv
15 Aprel 2020, 08:16 | ÖLKƏ
Yardım aksiyalarını reklam edənlər - Sağ əlin verdiyini sol əl bilməlidirmi?..

Son günlər xüsusi karantin rejimi ilə əlaqədar bəzi dövlət qurumları və imkanlı şəxslər, özəl təşkilatlar aztəminatlı ailələrə, 65 yaşdan yuxarı ahıllara ərzaq yardımı göstərməkdədir. Edilən yardımlar isə həm sosial şəbəkələrdə, həm də mətbuatda fotoşəkillər və videogörüntülərlə davamlı olaraq yayımlanır.

Yardım aksiyalarının bu şəkildə təqdim olunması isə birmənalı qarşılanmır. Bəziləri “sağ əlin verdiyini sol əl bilməməlidir” deyərək, xeyirxahlığın, xeyriyyə işlərinin reklam olunmasının əleyhinədirlər.

Bununla razılaşmayıb xeyirxahlıq edənlərin tanıdılmasına tərəfdar olanlar da var.
 

Bu müzakirələrə ehtiyac varmı, “sağ əlin verdiyini sol əl bilməməlidir” məsəli hazırkı şəraitdə nə dərəcədə keçərlidir? Yəni edilən yaxşılıqlar reklam olunmalıdırmı? Modern.az –ın əməkdaşı bu suallara cavab istəyib.

Balığı at dəryaya, Allah bilməsə də özün ki bilirsən”

Deputat Aqil Abbas deyir ki, bəzi adamlar göstərdiyi yardımı ona görə nümayiş etdirir ki, kütlə onu qınamasın:


“Burda pis bir şey yoxdur. Yardımı açıq şəkildə edənlər onu demək istəyir ki, “biz etdik, siz də edin”. Yəni bu məsələyə pis baxmaq lazım deyil. Düzdür, dində var ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Amma onu da deyim ki, bəzi adamlar məcbur qalıb, göstərdiyi yardımı reklam edir. Yəni bəzən elə olur ki, insanlar tanımadığı hansısa məmuru ya deputatı tənqid edib deyir ki, filankəsin imkanı var, amma kiməsə yardım etmir. Ona görə də bəzi şəxslər məcbur qalıb etdiyi yaxşılığı göz önünə gətirir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilməsin. Kimsə yaxşılıq edirsə, onu yüksək qiymətləndirmək lazımdır, çünki onlar əziyyət çəkir, ehtiyacı olanı axtarır, tapır və yardım göstərir. Buna görə də etdiyi yardımı göz önünə gətirdi deyə, o adamları qınamaq olmaz.

Alman filosofu Şopenauer “eqoist kimdir” sualına bu cür cavab verir: Birincisini demirəm, ikincisi odur ki, bu qrupda olan şəxslər insanlara nümayişkarcasına yaxşılıq edir və istəyir ki, toplum desin ki, bu adam yaxşı biridir. Üçüncü növ eqoistlər o kəslərdir ki, yaxşılıq edir, amma yardım göstərdikləri adam həmin şəxsin kimliyini bilmir və beləliklə yardım edən adam bu gizlilikdən zövq alır.  Şopenauer deyir ki, bu, üçüncü növ dünyanın ən gözəl eqoizmidir. Mən o vaxtlar gənc olanda Şopenaueri oxumayanda bizdə bir məsəl var onu eşitmişdim. Məsəl belə idi: “Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər”. Mən  sonradan o məsəli belə dəyişdirmişdim ki, “Balığı at dəryaya, Allah bilməsə də özün ki bilirsən”. Yəni əsas odur ki, yaxşılıq et, insanlar bilməsə də özün ki bilirsən”.

 


“Bu məsələdə iki məqam var”


Sabiq Təhsil naziri Misir Mərdanov
deyir ki, əgər yaxşılıq ürəkdən edilirsə, o yaxşılıq bilinməməlidir:

“Yaxşılıq edəndə Allah rizasına xatir edirsən, ona görə bu əməli göz önünə gətirmək doğru olmazdı. Mən dünyanın bir çox ölkələrdinə bəzi adamların imkanı olmayan tələbələrə təqaüd ayırdığının şahidi olmuşam. Həmin adamlar heç vaxt bildirməyiblər ki, təqaüdü onlar verir. Tələbə də elə bilib ki, elə rəsmi qaydada bu təqaüd ona verilməlidir.
Amma dərin düşünəndə adam belə qənaətə gəlir ki, bəlkə də göstərdiyi yardımı bəyan etməklə həmin şəxs imkanlı adamları da bu addıma dəvət etmək istəyir. Bu baxımdan müsbət yanaşmaq lazımdır. Yəni məsələdə indiki zamanla əlaqədar iki məqam var”. 

 

“Yaxşılığın təbliği günah deyil”

İlahiyyatçı Elşad Mahmudov
edilən yaxşılığın təbliğat kimi nümayişinin günah olmadığını bildirib:

“Edilən yaxşılıqlar hər hansı şəkildə minnətsiz, Allah rizası üçün insanlara çatdırılmalıdır. Buna görə də yaxşılığın reklam edilməsi dində  xoş qəbul edilmir. Çünki yaxşılıqları insanlar Allahdan savab gözləyərək edirlər. İndiyə qədər də cəmiyyətimizdə kifayət qədər xeyriyyəçi insanlar var idi ki, onlar xeyriyyə fəaliyyəti yürüdürdülər və bu işi reklam etmirdilər. Lakin ibrət olsun deyə, digər insanları xeyriyyə fəaliyyətinə cəlb etmək üçün edilən yaxşılıq göz önünə gətirilirsə, bu addıma xoş baxmaq olar. Çünki indiki hal bütün dünyada istisna olan vəziyyətdir.

Hazırda yaxşılığın təşviqi üçün reklam deməyim, amma o adamların müəyyən xəbərlərini yaya, mətbuatda yayımlaya bilərik. Çünki mətbuatda bu tip xəbərlərin yayılması ilə yaxşılıq etməyin əvvəldən fərqinə varmayan adamlar indi bu əməlin fərqinə varıb kiməsə yardım göstərirlər. Yəni sırf təbliğat və həmrəylik yaratmaq üçün edilən yardımı nümayiş etdirmək günah sayılmaz. Amma buna da diqqət etmək lazımdır ki, yardım etdikləri şəxsi çox danışdırıb utandırmasınlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasının ¼ mərhələsinin püşkü atıldı – CÜTLÜKLƏR 10 İyul 2020, 14:56 Elmar Məmmədyarov istefa verəcək? - Nazirdən AÇIQLAMA 10 İyul 2020, 14:36 İlham Əliyevin təşəbbüsünü gözləniləndən çox dövlət dəstəkləyib - RƏSMİ 10 İyul 2020, 14:30 Kiyev Rusiya ilə müharibə ehtimalını QİYMƏTLƏNDİRDİ 10 İyul 2020, 14:24 Deputat İlham Məmmədov seçicilərilə görüşüb - FOTO 10 İyul 2020, 14:18 Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ 10 İyul 2020, 14:12 Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU 10 İyul 2020, 14:06 Baş Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI 10 İyul 2020, 14:00 İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 13:55 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49