Modern.az

İş və ya istirahət günlərinin yerinin dəyişdirilməsi TƏKLİF OLUNUR

İş və ya istirahət günlərinin yerinin dəyişdirilməsi TƏKLİF OLUNUR

18 Aprel 2020, 15:25

Azərbaycanda iş və ya iş istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayının 7 gündən artıq ola bilməz.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ombudsmanın 2019-cu il üzrə məruzəsində bildirilir. Bununla bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əlavə təklif edilir.

 

Əmək Məcəlləsinə əsasən bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin edilir.

 

Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

 

Ombudsman isə hesab edir, bu halda iş və istirahət günlərinin ardıcıl olmasını təmin edilməlidir.

 

Bununla yanaşı, işçilərin səhhəti və əmək funksiyaları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi imkanları da diqqətə alınmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK