Arxiv
22 Aprel 2020, 17:13 | ANALİTİKA
Yerevan özünü diplomatik tələyə saldı -Minsk Qrupu Bakı ilə ORTAQ MÖVQEDƏ

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlama rəsmi Yerevanın aqressiv cavabı ilə qarşılandı.

 

Modern.az xəbər verir ki, Sergey Lavrov danışıqlar masasındakı mövcud sənədlərin münaqişənin mərhələli həll varinatını ehtiva etdiyini söyləmişdi.


“Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur”.

 

Rusiyalı diplomat Madrid prinsiplərinin, Kazan danışıqlarının və 2019-cu ilin aprelində Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin üçtərəfli razılaşmalarının məhz mərhələli həll varinatı üzərində aparıldığını açıqladı.

 

Rusiya XİN şefinin açıqlamasından bir neçə saat keçmiş Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Lavrova operativ və aqressiv cavab verdi.

Mnatsakanyanın rəsmi Yerevanın maksimalist mövqeyini əks etdirən açıqlamasında Lavrovun dedikləri tamamilə təkzib olunur.

 

Erməni nazir “Qarabağ əhalisinin təhlükəsizliyi prioritet yanaşmamızdır. Lavrovun açıqlamasında göstərilən rayonlar təhlükəsizlik zonasıdır və müdafiə xəttini təşkil edir. Heç kəs Qarabağ əhalisinin təhlükəsizliyini nəzərə almadan birtərəfli güzəştlərə gedilə biləcəyini güman etməsin. Sülh tənzimlənməsi qarşılıqlı güzəştlər əsasında mümkündür. Ermənistan heç vaxt birtərəfli güzəştlərə getməyəcək. Qarabağ xalqı olmadan heç bir qərar qəbul edilə bilməz. Lavrov öz, mən də öz mövqeyimi açıqladım” - deyə bildirib. 

 

Göründüyü kimi, münaqişənin mərhələli deyil, paket həll varinatına üstünlük verən rəsmi Yerevan Rusiyanın və onun simasında ATƏT-in Minsk Qrupunun da mövqeyinə qarşı çıxır. Digər tərəfdən, münaqişənin həlli ilə bağlı biri-birini strateji müttəfiq adlandıran Moskva və Yerevanın fərqli yanaşmaları onlar arasındakı ziddiyyətlərdən xəbər verir.

 

Eyni zamanda, Ermənistan diplomatiyası bu mövqe ilə göstərdi ki, onların maraqlarına cüzi toxunsa, Rusiyadan üz döndərməyə hazırdı. Lavrovun və Mnatsakanyanın açıqlamaları həm də Nikol Paşinyan hakimiyyətinin Moskva ilə sıx münasibətlər qura bilməməsinin, diplomatik fiaskosunun göstəricisidir. 

 

Bu kontekstdə Sergey Lavrovun ötən gün Qorbaçov fondundakı dəyirmi masada Yerevanla müttəfiqlik münasibətlərinə toxunduğu daha bir məqam maraqlıdır.

 

“Müttəfiqlik bütün sahələrdə özünü göstərməlidir. Rusuya tərəfi ümid edir ki, ortaq müəssisələrimizin, o cümlədən, “Cənubi Qafqaz dəmir yolları” şirkəti ətrafında məhkəmə işləri “kənarda müttəfiqliyə zidd şeylər gətirmək” kimi cəhdlər olmadan yoluna qoyulacaq. Mən açıq danışıram, çünki bəzi Rusiya şirkətləri ağır vəziyyətə düşüb. Ümdi edirəm ki, qarşılıqlı razılaşma əldə edə biləcəyik”- deyə Lavrov əslində münasibətlərdəki etimadsızlığı biruzə verib.

 

Nikol Paşinyan hakimiyyətinin Qarabağ danışıqları ilə bağlı 2018-ci ildən verdiyi bəyanatlar da Lavrovun açıqlaması ilə yerlə yeksan oldu. Belə ki, istər baş nazir Nikol Paşinyan, istərsə də XİN rəhbəri Zoqrab Mnatsakanyan bundan öncə Qarabağ danışıqlarında konkret sənədin olmadığını və prosesin ilkin mərhələdə olduğunu söyləyirdi.

 

Amma istər rəsmi Bakı, istərsə ATƏT-in Minsk Qrupu danışıqlarda yenilənmiş Madrid prinsipləri əsasında ortaq sənədin olduğunu gizlətmirdi.


Rusiya XİN rəhbəri Sergey Lavrov isə 2019-cu ilin aprelindən tərəflərin, 3 nazirin mərhələli həll planını əsas götürən ortaq sənəd üzərində işlədiyini açıqlamışdı. 

 

Səslənən bəyanatlar ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycanın ədalətli mövqeyi ilə nəhayət ki, az da olsa üst-üstə düşür.

Bu isə avtomatik olaraq ölkəmizin mövqeyinin istər Moskva, istərsə də ATƏT-in Minsk Qrupunun digər üzvləri ilə uzlaşdığını və Yerevanın təklikdə qaldığını göstərir.

 

Mnatsakanyan Sergey Lavrovun açıqlamasını təkzib etməklə, nəinki danışıqlar prsoesinə zərbə vurur, həmçinin, vasitəçi ölkələrin səylərini sıfıra endirir, həm də daxili auditoriyasını aldatmış olur. Belə ki, son 2 ildə münaqişədə konkret sənədin müzakirə edilmədiyini vurğulayaraq Nikol Paşinyan hökuməti Ermənistan cəmiyyətini yanlış məlumatlandırıb. 

 

Bura Qarabağ separatçılarının üçüncü tərəf kimi danışıqlara cəlb etmək kimi uğursuz cəhdini də daxil etsək, rəsmi Yerevanın danışıqlar prosesini pozmağa çalışan, qeyri-konstruktiv tərəf olduğunu görərik. Zoqrab Mnatsakanyanın açıqlamaları isə bu qeyri-konstuktiv yanaşmanı həm Moskvaya, həm Vaşinqtona, həm Parisə və ən əsası münaqişədən yorulmuş Ermənistan cəmiyyətinə də nümayiş etdirdi.

 

Bütün bunlar həm də onu deməyə əsas verir ki, bu gündən sonra nəhayət ki, həm Rusiya, həm ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, bütövlükdə isə beynəlxalq dünya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baş verəcək istənilən hərbi, siyasi və diplomatik gərginliyin məsuliyyətinə görə rəsmi Yerevanın, Nikol Paşinyan hökumətinin yaxasından yapışacaq.

Ermənistan bunun əksini gözləyirsə, ya Paşinyan rejimi konstruktiv mövqe nümayiş etdirib Azərbaycan torpaqlarını azad etməli, ya da öz parlamentində deputatların yeni qətliamına razılıq verməlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bakı Qarabağdakı xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək” - Rusiya səfiri 1 Dekabr 2020, 13:34 Şəhidin son sözü: “Məndən narahat olmayın”… 1 Dekabr 2020, 13:32 “Ağdamdan Xankəndiyə yarım saat, Yerevandan isə 10 saatlıq yol var” 1 Dekabr 2020, 13:27 Vətən, torpaq, bayraq SEVGİSİ... 1 Dekabr 2020, 13:23 Azərbaycan XİN-dən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 13:20 Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi 1 Dekabr 2020, 13:18 “Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” 1 Dekabr 2020, 13:14 “44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək” - İlham Əliyev 1 Dekabr 2020, 13:10 Rusiyalı sülhməramlılar: “Erməni əhalisi Laçını tərk edib” 1 Dekabr 2020, 13:08 Nazirlik bu vəzifələrə işçi axtarır 1 Dekabr 2020, 13:06 Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi 1 Dekabr 2020, 13:03 “Hanı o 7 şərt? Getdi işinə” – İlham Əliyev Ermənistana mesaj verdi 1 Dekabr 2020, 13:00 Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! - VİDEO 1 Dekabr 2020, 12:56 Sabah hava necə olacaq? - PROQNOZ 1 Dekabr 2020, 12:52 Paşinyan məhkəmədə uduzdu 1 Dekabr 2020, 12:50 İlham Əliyev üçtərəfli bəyanatın detallarını ŞƏRH ETDİ 1 Dekabr 2020, 12:45 İlham Əliyev yeni çəkiləcək “Azərbaycan-Naxçıvan dəhlizi”ndən DANIŞDI 1 Dekabr 2020, 12:40 Prezident məhv edilən erməni texnikasının yekun siyahısını AÇIQLADI 1 Dekabr 2020, 12:35 “Biz Laçınımıza mədəniyyəti qaytarırıq” - Anar Kərimov 1 Dekabr 2020, 12:30 “Fransa parlamentinin bizim məsələ ilə nə işi var?” – İlham Əliyev 1 Dekabr 2020, 12:28 “Kimsə Qarabağ münaqişəsinin davam etdiyini düşünürsə, səhv edir” 1 Dekabr 2020, 12:25 Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ 1 Dekabr 2020, 12:20 Təhsil Nazirliyi vaxtı uzatdı 1 Dekabr 2020, 12:17 “Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edib - VİDEO 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyədən Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43 Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..   1 Dekabr 2020, 11:38
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?