Modern.az

Dövlət Komitəsi İsveçdə koronavirusdan ölən azərbaycanlı ilə bağlı  məlumat YAYDI

Dövlət Komitəsi İsveçdə koronavirusdan ölən azərbaycanlı ilə bağlı  məlumat YAYDI

Diaspor

28 Aprel 2020, 16:10

İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı soydaşımız Amin Etibar oğlu Salayev koronavirus pandemiyası səbəbindən vəfat edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, İsveçdə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrindən alınan məlumata görə, artıq bir aydır COVID-19 virusundan müalicə alan gəncin son iki həftədə vəziyyəti daha da ağır olub.

 

Stokholmda yerləşən xəstəxanada bir neçə həftə müalicə alsa da, soydaşımızın həyatını xilas etmək mümkün olmayıb və gənc həmvətənimiz ötən gecə dünyasını dəyişib.

 

Qeyd edək ki, 1998-ci ildə İsraildə anadan olmuş, sonradan ailəsi ilə birlikdə İsveçə köçmüş A.Salayev 20 ilə yaxındır İsveçdə yaşayırdı. İsveç Texniki Universitetinin sonuncu kurs tələbəsi idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır