Modern.az

Pedaqoji fəaliyyətlə məşğul olma qaydası müəyyənləşib

Pedaqoji fəaliyyətlə məşğul olma qaydası müəyyənləşib

Təhsil

1 May 2020, 21:49

Pedaqoji fəaliyyətlə məşğul olma qaydası müəyyənləşib.

Modern.az  xəbər verir ki, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 36-1.1-ci və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanıb və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir. Bu Qaydanın tələbləri Qanunun 2.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

Qaydaya əsasən pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslər, pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ixtisas tələbləri müəyyən edilib.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 36-1.2-ci maddəsinə uyğun olaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;

-ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

-fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.

-Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi "Müəllimlərin etik davranış qaydaları"nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir