Arxiv
2 May 2020, 13:00 | ƏDƏBİYYAT
Mağdur

 (“XXI əsrin hekayələri” silsiləsindən)

Samıya bənzər bığ və qaşları Səfərin simasına kədərli görkəm versə də, qaynayan, qap-qara xırda qoşa muncuq kimi gözləri, şux, səliqəli geyimi, yaşına yaraşmayan cəld, çevik hərəkətləri  isə əksinə, onun  hər cür qayğıdan, dərd-sərdən, möhnətdən uzaq  adam olduğu təəssüratnı yaradırdı .  Studiyadakı qonaqlarını gülərüzlə salamlayan Əsra Ərtəkin  vaxt itirmədən mətləbə keçdi, üzünü divanda ayağını ayağı  üstünə aşırıb arxayın oturan və hürkək nəzərlərlə studiyadakılara göz gəzdirən Səfərə tutdu:

     -Səfər bəy, sizin dərdiniz nədir? Niyə studiyadasınız?

      Səfər dərindən ah çəkdi:

      -Əsra xanım, mən qandırılmışam, mağduram, Hüsniyyə adlı xanımdan şikayətçiyəm.

      Əsra Ərtəkin: 

     -Hüsniyyə sizin kiminiz olur, niyə şikayəçisiniz? Bir qədər ətraflı bəhs edərsinizmi?

      Səfər ayaqlarını yanaşı qoydu, dizləri üstə dirsəkləndi,  hekayəsini danışmağa başladı:

     -Mənim üç uşağım var, ailəmlə  məsud yaşayırdıq. Altı  ay öncə səhhətimdə ciddi problem yarandı. Ağır əməliyyat keçirdim. Xəstəxanadan çıxdıqdan sonra bir müddət evdə müalicəmi davam etdirməli idim. Bu zaman xanımım, ailəm mənə yaxşı baxmadı- Səfəri qəhər boğdu, gözləri yaşardı, cibindən dəsmal çıxarıb üz-gözünə sürtdü, əlləri ilə başını tutdu, udqundu.

        Əksəriyyəti yaşlı qadın olan studiyada səs-küy düşdü, uğultu qopdu. Ağız deyəni qulaq eşitmirdi. Şiddətli qınaq, danlaq, məzəmmət, töhmət, tənqid, hətta təhqirlər ara vermirdi:

       -Ah, vicdansız qadın!

-Nankor, naxələf övlad!

-Haramınız olsun! Naşükür bəndələr!

-Dünyanın sonudur! İnsafsızlığa bax!

-Alçaqlar, necə qıyırsınız, böyüyünüzə?!

      Əsra Ərtəkin studiyanı güc-bəla sakitləşdirdi, Səfərə tərəf döndü:

     -Lütfən davam edərsinizmi?

       Səfərin qaynayan, qap-qara xırda qoşa muncuq kimi gözləri studiyanı bir dövrə vurdu:

      -Əsra bacı, belə vəziyyətdə başqa yolum qalmadı, pencəyimi çiynimə atıb evi tərk etməli oldum,

       Yenə studiyada səs-səsə qarışdı:

      -Yazıq, biçarə  neyləsin?

      -Çox da düz edib, bu ortamda yaşamaq olar?

       - Sonra da deyirlər ki, ər günahkardır. Fağır, bədbəxt ər başına haranın daşını tökməlidir?

        -Zavallını məcbur ediblər ki, evdən getsin.

        Əsra Ərtəkin  qarışmasaydı, yaşlı qadınlar dayanmayacaqdı:

      -Səfər bəy, siz evi tərk etdiniz, sonra nə oldu?

       Səfər boynunu bir az da bükdü:

         -Bir müddət dostumun evində qaldıqdan sonra ona dedim ki, iş yoldaşlarından münasib bir xanım olsa, molla nikahı ilə onunla evlənərəm, həm sizə əziyyət vermərəm, həm də özüm bu zülümdən xilas olaram. O da mənə Hüsniyyə adlı bir xanımdan bəhs etdi. Dedi ki, qürbətçidir, İstanbula yenicə daşınıb. Mən dostumun vasitəsi ilə Hüsniyyə xanımla tanış oldum, ona niyyətimi, ailədə yaranan problemi, amma hələ  rəsmi nikahda olduğumu bildirdim. Hüsniyyə xanım ailə həyatı qurmağımıza etiraz etmədi, amma “Sərtlərim var. Birincisi odur ki, gərək əvvəl boşanasan, ikincisi isə bəyəndiyim zinət əşyalarını alasan”- dedi. Çətin şərtlər içində yaşadığımı, tez bir zamanda evlənmək istədiyimi,  daha şox isə boşanmanın uzun sürəcəyini, ona görə də  birinci şərti qəbul edə bilməyəcəyimi, ikinci şərti isə qəbul etdiyimi dedim.

       Əsra Ərtəkin  söhbətə müdaxilə etdi:

      -Bir qədər qısa edə bilərsinizmi?

       Səfər üzüyola uşaqlar kimi  tez dilləndi:

      -Baş üstə, Əsra xanım. Hüsniyyə xanımın israrlı istəyi ilə iki bilərzik,  qaşlı boyunbağı, iki üzük, sırğa, çoxlu pal-paltar  aldım. Molla nikahının kəsiləcəyi günü təyin etdik. Kirayə ev də tutduq. Nikahımız da orada bağlanacadı. Nikah təyin olunan saatda molla, bir neçə şahid də gəldi. Hüsniyyə işdən çıxıb gəlməli idi. Amma o, gecikirdi. Çox rahatsız oldum. Telefon açdım, Hüsniyyə telefonu söndürmüşdü. Dostuma zəng etdim. O da dedi ki, Hüsniyyə iki gündür ki, işdən çıxıb. Səbəbini soruşdum, “Bilmirəm”-dedi. Mən ertəsi gün Hüsniyyənin çalışdığı təmizlik şirkətinə getdim. Onu “Gördüm”- deyən olmadı. Qandırıldığımı anladım, Sizə müraciət etməyi   qərara aldım.

       Studiyadan kim isə söhbətə qoşulmaq istəyirdi ki, Əsra Ərtəkin imkan vermədi:

       -Bir dəqiqə gözləyin. Səfər bəy, indi mənə deyin görək, siz qızılları geri istəyirsiniz, yoxsa, Hüsniyyənin qayıtmasını?

       Səfər fikirləşmədən:

       -O, məni aldadıb,  var-yoxumu əlimdən alıb, aradan çıxıb. Mən onu yox, aldıqlarımı geri istəyirəm-dedi.

        Sonra cibindəki telefonu çıxardı, ekrandakı şəkilləri göstərərək əlavə etdi:

        -Bunlar zinət dükanından aldığım bilərziklər, üzüklər, sırğalardır, şahidlərim də var. Əsra xanım, mən bu qadın tərəfindən qandırılmışam. Mağduram, ondan şikayətçiyəm.

           Səfər davam etmək istəyirdi ki, Əsra Ərtəkin  onun sözünü kəsdi:

   -Bir dəqiqə gözləyin, Hüsniyyə xanım  canlı bağlantıda- telefon xəttindədir, onu dinləyək- dedi.

     Studiyaya Hüsniyyənin səsi yayıldı:

     -Əsra xanım, ən əvvəl, danışmaq üçün mənə imkan verdiyinizə görə  sizə təşəkkür edirəm.

     Əsra Ərtəkin:

     -Buyurun, sizi dinləyirik. Səfər bəy sizi dələduzluqda ittiham edir. Onun dedikləri doğrudurmu?

   Hüsniyyə həyəcanla davam etdi:

   - Onun dedikləri iftiradır, ittihamlarını qətiyyətlə rədd edirəm-dedi.

     Əsra Ərtəkin:

      -Bəs əslində nə olmuşdur? Bizə ətraflı danışarsınızmı?

     - Adını dilimə gətirmək istəmədiyim o adam mənimlə tanış olduqdan sonra ailəsi tərəfindən qovulduğunu, az qala şiddətə məruz qaldığını, məni isə çox bəyəndiyini deyir və  evlilik təklif edirdi. Mən əsl həqiqəti öyrənmək, ondan sonra isə qərar vermək istəyirdim. O, isə məni tələsdirirdi. Mən vaxt qazanmaq üçün yeni-yeni şərtlər irəli sürür, dostlarından, sosial şəbəkələrdən  onun ailəsinin adresini, telefon nömrəsini öyrənməyə çalışırdım. Nəhayət, istəyimə çatdım, onların adresini tapdım və evlərinə getdim. Özümü təqdim edib, olanları danışdım. Evin xanımı məni diqqətlə dinləyib dərindən ah çəkdi. Dedi ki, sən ağıllı qadınsan, həm də bəxtin gətirib ki, o əclafın tələsinə düşməmisən.

        

Bu zaman Səfər dözmədi:

      -Əsra xanım, o yalan danışır, qızıllarımı qaytarmamaq üçün mənə şər atır. Xahiş edirəm, telefon bağlantısını kəsin.

          Əsra Ərtəkin Səfərin söylədiklərini qulaqardına vurdu:

       -  Hüsniyyə, davam edin, bir şərtlə ki, doğruları söyləyin.

          Hüsniyyə eyni təzdə davam etdi:

       - Əsra xanım, milyonların önündə  Sizi əmin edirəm ki, doğrunu danışıram. Həqiqət budur ki, əslində studiyada əyləşən, adını kişi qoyan o şərəfsiz,  xanımının da, övladlarının da gününü qara əskiyə düyünləyib, eyş-işrət, kef məclisləri onun gündəlik  həyat tərzinə çevrilib. Mənə qədər neçə-neçə qadını da aldadıb bədbəxt edib.

         Səfər əsəbi halda divandan qaxdı:

         - O, yalan danışır, görürsünüz, heç məndən oğurladığı qızılları yada salmır, o barədə susur.

          Hüsniyyə bu sözləri gözləyirmiş kimi:

         - Orasını da deyəcəm. Bəli, dediyi daş-qaşı, zinət əşyalarını aldırmışdım. Amma onlar indi məndə deyil -dedi.

         Səfər səsini qaldırdı:

        -Gördünüz mən deyəndir, o, fırıldaqçıdır, bu yalanları da uydurur ki, qızıllar yaddan çıxsın. Qızıllarım onda deyilmiş, bəs hardadır? Mağduram, şikayətçiyəm!

      Hüsniyyə sakit tərzdə:

     -Əsra xanım, mən bütün qızılları sahibinə, evin xanımına çatdırmışam! Telefonunu  da Sizə deyim, zəng vurun təsdiqləsin!- dedi.

      Hüsniyyənin son cümlələri onsuz da əsəblərin tarıma çəkildiy studiyada gərginliyi son  həddə çatdırdı. Səfər əl-qolunu incik halda sağa-sola yelləyərək aradan çıxmaq üçün divandan qalxdı. Qadınlardan biri onun üstünə şığıdı, iki addımlığında dayanıb:

       -Mağdura bax! Tfu, sənin cəmdəyinə, Allah bəlanı versin, biqeyrət, lənət olsun sənə!- deyə bağırdı.

       Digər tamaşaçıların, daha çox qadınların da səhnənin ortasına can atdığını görən Əsra Ərtəkin operatordan canlı yayımı  dərhal kəsməyi xahiş etdi...

 

Abid Tahirli     

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13