Modern.az

Binəqədidə COVİD-19-a qarşı dezinfeksiya işləri aparılır

Binəqədidə COVİD-19-a qarşı dezinfeksiya işləri aparılır

Aktual

3 May 2020, 15:18

Binəqədi rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi işləri uğurla davam etdirilir.

 

Modern.az xəbər verir ki, rayon ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

 

Görülən işlər çərçivəsində günboyu rayon ərazisində çoxmənzilli yaşayış binaları, binalardakı ümumi istifadə yerləri, giriş blokları və pilləkənlər, lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançaları dezinfeksiya edilir.

 

Eyni zamanda məhəllədaxili yolların, sakinlərin daha çox istifadə etdiyi küçələrin xüsusi məhlulla müntəzəm yuyulması işləri aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü