Modern.az

Pandemiyanın yaratdığı REALLIQ: Onlayn nikahlara icazə verən ölkələr...

Pandemiyanın yaratdığı REALLIQ: Onlayn nikahlara icazə verən ölkələr...

Mədəni̇yyət

8 May 2020, 11:34

Pandemiya gündəlik həyat ritmini pozmaqla yanaşı, toyların da ləğv olunmasına səbəb olub.

Modern.az xəbər verir ki, bəzi ölkələr evlənmək istəyən cütlüklərə anlayış göstərərək, onların videoəlaqə vasitəsilə onlayn rejimdə nikahlarının kəsilməsinə icazə verib.

 

Məsələn, ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusom mayın 1-dən ştatın sakinlərinə nikah haqqında virtual şəhadətnamənin verilməsinə icazə verib. 60 gün müddətində işlək olacaq qaydaya görə, müvafiq nikah məmurları videokonfrans vasitəsilə nikahları qeydə almaq və onlara virtual təsdiq sənədi vermək əldə edəcək.

 

Mayın 5-də ştatın San-Xose şəhərində Lav və Sarita Sinqxal virtual nikaha girən ilk cütlük oldu. Zoom proqramı vasitəsilə evlənən cütlüyün nikahını Santa-klara dairəsinin nikah məmuru Sindi Çaves kəsib. Martın 19-a toy təyin etsələr də, pandemiya səbəbindən mərasimləri təxirə düşən cütlüyü onlayn əlaqə ilə onlara qoşulan çoxsaylı hindistanlı qohumları öz evlərində, kömpüter qarşısında izləyiblər. Cütlük rəqsdən sonra onları onlayn izləyən qohumları önündə toy tortunu kəsiblər.

 

Martın 20-dən bələdiyyələrin nikah qeydiyyatı şöbəsi bağlandıqdan sonra Nyu-York ştatının qubernatoru da onlayn nikahlara icazə verib.


“Nikaha girmək istəyənlər üçün bəhanə qalmayıb. Siz bu mərasimi Zoom vasitəsilə keçirə bilərsiniz”- deyə qubernator Kuomo deyib.

Nyu-York meri Billi de Blazio və şəhər şurasının üzvü Kori Conson isə “Kupidon” layihəsinin icrasına başladıqlarını elan edib. Bu platformada may ayından başlayaraq şəhərdəki bütün cütlüklər nikaha girə bilərlər. “Kupidon” vasitəsilə nikahı qeydə alacaq məmur ilə vaxtı təyin etmək, sənədləri yükləmək və s. detalları həll etmək olar.

 

Mərakeş Krallığı da onlayn nikahlara “yox” demir. Ölkənin Ədliyyə Nazirliyi xüsusi sayt yaradaraq bir-birini sevənlərin nikaha girməsinə imkan yaradıb. Amma çətinlik nikah üçün bütün hüquqi sənədlərin toplandıqdan sonra onların notariusa verilməsi ilə bağlıdır. Yalnız notariusun həmin sənədləri yükləmək və nikaha icazə verən ailə işləri məhkəməsinə təqdim etmək səlahiyyəti var. İcazə alındıqdan sonra cütlük nikah haqqında sertifikatı notarusunu ofisində şəxsən imzalamalıdır.

 

Aprel ayında eyni sistem Birləşmiş Ərəb Əmirliklərində tətbiq olunsa da, ərəb ölkəsində bütün sənədləri elektron qaydada vermək mümkündür. Sənədlər dövlət orqanına verildikdən sonra din xadimi ilə videoəlaqə vasitəsilə nikahın vaxtını təyin etmək olar. Əbu-Dabi şəhərində yaşayan ingilis Liem Bek və fransız Solen Montej şburada olan keşiş Endryu Tompsonla "Zoom" vasitəsilə əlaqə quraraq, virual rejimdə nikaha daxil olublar.

 

Malaziyanın Selanqor ştatında da onlayn nikahlar mümkündür. Bunun üçün qız tərəfindən qızın özü, atası və 2 əlavə şahid tələb olunursa, oğlan tərəfdən təkcə bəyin görünməsi kifayətdir. Ştatda nikahların kəsilməsi icazəsi İslam departamenti tərəfindən verilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı