Arxiv
9 May 2020, 09:42 | MƏDƏNİYYƏT
Tarixdə iz qoyanlar: “Segah” muğamının ən mahir ifaçısı - İslam Abdullayev

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Azərbaycan xalqı bütün muğamları sevdiyi kimi, “Segah” muğamını da çox sevir və yüksək dəyərləndirir. “Segah” muğamı xalqımızın milli ruhuna, zövqünə daha da yaxındır. Qarabağın bir çox məşhur  xanəndələri “Segah” muğamını yüksək səviyyədə, məharətlə oxumuşdur. Onu daha sərbəst, özünəməxsus, hamının başa düşəcəyi bir tərzdə oxumaq xanəndəni məşhur, hörmətli edərdi. Bu cür xüsusiyyətlərə malik olan sənətkarlarımızdan biri də, İslam Abdullayev idi.

           
İslam Abdullayev 1876-cı il dekabr ayında Qarabağın ən gözəl dilbər guşəsi olan Şuşa şəhərində anadan olmuşdu. Xalq şairi Səməd Vurğun demişdi: “Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyan və çalanları Şuşada doğulmuşlar”. Qarabağda məsəl var deyərlər: “Şuşanın uşaqları ağlayanda “Segah”,  güləndə “Şahnaz” üstündə  gülərlər”.

           
Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz izlər qoyan, əsl sənət xadimi olan Mir Möhsün Nəvvab 1883–cü ildə Şuşada tayı bərabəri olmayan bir  məclis – “Xanəndələr məclisi”ni yaratmışdır. Məclisin əsas qayəsi, amalı yeni-yeni istedadlı xanəndələr nəsli yetişdirmək idi. Görkəmli musiqişünas alim Mir Möhsün Nəvvabın “Xanəndələr məclisinə” dəvət etdiyi istedadlı gənclərdən biri də İslam idi. İslamın bütün qəlblərə yol tapan, xoş avazlı səsindən xəbər tutan  M.M.Nəvvab onu o dövrün məşhur sənətkarlarından dərs alıb öyrənməsinə, muğamın sirlərinə daha da dərindən bələd olmasına şərait yaratmışdı.

İslam Abdullayev öz xatirəsində yazır: “Mən Nəvvabın məclisində ilk dəfə o dövrün məşhur xanəndələrindən  Məşədi İsini, Hacı Hüsünü, Mirzə Muxtarı, Dəli İsmayılı, Keştazlı Həşimi dinləmişəm, onlardan dərs almışam.Mən həmin məclisdə Hacı Hüsüdən “Segah”, Məşədi İsidən “Mahur”, Keştazlı Həşimdən “Bayatı – Qacar”, Mirzə Muxtardan “Rast”, Dəli İsmayıldan “Rahab” və s.muğamları öyrəndim. Lakin özüm də bilmirəm, nədənsə bu muğamlar içərisində məni daha çox cəlb edən “Segah” muğamı idi. Rəhmətlik Sadıq tarı döşünə alan kimi mənim üçün “Segah” çalardı.Məni dinləyən usta Hacı Hüsü isə bu muğama yeni – yeni guşələr, xallar əlavə edib məndən onları təkrar etməyi tələb edərdi…”.

           
Qısa bir zaman içərisində İslam öz istedadı, qabiliyyəti, xoş rəftarı ilə musiqini qavrama, duyma bacarığını birləşdirərək çox zəngin xarakterə malik istedadlı bir xanəndə kimi formalaşmışdı.

           
İslamın ilk dəfə “Segah” oxumağa  başlaması məşhur tarzən Sadıqcanın oğlunun toyunda olub. Həmin gün İslam “Segahı” elə məharərlə, özünəməxsus bir tərzdə oxudu ki,bütün məclis əhlini heyran qoydu. Tez bir zamanda səsi bütün Qarabağa yayıldı. “Segah” xüsusilə də “Yetim Segah” oxumağı ilə ürəkləri titrədən İslama hamı “Segah İslam” deyə müraciət edirdi.İslamın “Yetim Segah”ı oxuyarkən şair Qumrinin  “Keçər qürbətdə ömrüm ah ilə, bir həmzabanım yox” qəzəli ilə başlaması da özünəməxsus cəhətlərindən biri idi və bu xalq arasında dərin hörmət və ehtiramla qarşılanırdı,ruhlarını oxşayırdı , qəlblərinə yol taparaq onu təkrarolunmaz edirdi.

           
İslam Abdullayev  1901–1905–ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ, Gəncə məclislərində çıxış etmişdir. Qurban Pirimov deyirdi ki, o, “Yetim segah”ı oxuyanda elə bil dağı–daşı dilə gətirirdi. İslamın “Segah”ı gənc xanəndələr üçün bir məktəb olub.

           
 Musiqişünas tədqiqatçı alim–Firudin Şuşinski yazırdı: “XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində “Segah” muğamını İslam Abdullayev kimi mükəmməl və incə zövqlə oxuyan ikinci bir xanəndə olmamışdır. Seyid Şuşinski söyləyirdi ki, İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən “Segah” oxuyardıq”.

           
İstedadlı xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. Qocaman xanəndə İslam Abdullayev 1949-cu ildə 73 yaşında Azərbaycanın  “Əməkdar artisti”  adına layiq görülüb.

           
 Ölümündən bir gün əvvəl İslam Abdullayevə baş çəkən dostu İşxan Həmzəyev onunla son görüşünü belə xatırlayır: ““Bakı” qəzetində görkəmli xanəndə İslam Abdullayevin haqqında Firidun Şuşinskinin geniş bir məqaləsini oxudum və qərara gəldim ki, bir gün gedim İslamı görüm. Xeyli vaxt idi ki, görməmişdim.
Bir gün səhər həmin məqaləni və İsa bulağında musiqi məclisindən çəkilmiş bir şəkli götürüb getdim İslamgilə. Qapını açdılar. İslam yatan otağa daxil oldum. Çarpayısında uzanmış İslamı ölüm pəncəsində gördükdə quruyub qaldım. Onun xəstəliyindən xəbərim yox idi. Mən ona yaxınlaşdım , yanında əyləşdim. O, gözlərini açdı, məni tanıdı. O güclə danışırdı. Əlimdəki şəkli göstərdim, əlimdən alıb diqqətlə baxdı. Mən soruşdum: “Şəkildəki tar çalanı və xanəndəni tanıdınmı?…”. O nə isə dedi, lakin mən eşitmədim. İkinçi dəfə dindirmədim. Şəkli qaytarıb verdi mənə. O gözlərini yumdu. Lakin huşu başında idi.

Mən yanında çox oturdum. Lakin danışmırdım, haləti kəsilmişdi. Mən ayağa durub əlini tutub öpdüm ki, vidalaşım. Əlimi əlində saxladı və çox aydın intonasiya ilə dedi  “Ay İşxan hara gedirsən, əyləş yanımda, çay içib-çörək yeyib sonra  gedərsən…”. Sabahı günü telefonla dedilər: “İslam vəfat etdi”. “Vay-vay, məclislərimizin, toylarımızın, süfrələrimizin gülü – bəzəyi getdi…” dedim.Əlbəttə İslamın vəfatı Azərbaycan xalqı üçün ağır bir itkiydi. Amma İslamın ailəsi üçün matəm deyildi. Ömrünü hörmətlə yaşadı 88 yaşa çatdı, öz komasının altında, oğlu – qızı, gəlini, nəvə -nəticələrilə, yaxın dostlarla əhatə olunmuş, belə bir bəzəkli evdə sakit vəfat etdi. Payızın bu əziz, şirin günlərində, külli camaatın iştirakı ilə təntənəli surətdə aparıb dəfn etdik… Bu İslamın ailəsi üçün xoşbəxtlik deyilmi?

Mərhum İslamı cavanlıqdan tanıyan şəxs, ta özü də qəbrə gedincə, onun mülayim xasiyyətini, xoş rəftarını, onun ifa etdiyi ahəngdar xoş avazlı “Yetim Segah”ını, “Axşam oldu”, “Qarabağ şikəstəsi” və s. az da olsa zövqü olan adamın qəlbində onun əziz xatirəsi daim qalacaq, unutmayacaqdır…”.

           
İstedadlı xanəndəmiz  İslam Abdullayev 1964-cü il  22 sentyabrda əbədi olaraq gözlərini yumaraq dünyasını dəyişmişdir.

         
 İslam Abdullayev xalq icərisindən gəldi, xalqına xidmət etdi və xalqına bir məktəb qoyub getdi! Gözəl insan  olmağı ilə tanınan bütün istedadlı Azərbaycan sənətkarları xalqımızın yaddaşında daim qalacaq, yeni nəsillər onlardan ibrət götürərək heç zaman unutmayacaqdır!


P.S. Məqalədə 715 nömrəli fondun sənədlərindən istifadə edilmişdir.

 

Durna AĞAYEVA,
S.Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət  Arxivinin arxeoqrafı  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43 "Napoli"nin stadionuna Maradonanın adı verilib 5 Dekabr 2020, 14:35 Cənublu soydaşlarımızın Qarabağ SEVİNCİ: “Hər kəs şirniyyat paylayırdı” 5 Dekabr 2020, 14:25  “Şəhidlərimizin qırxı çıxmamış toy etmək hörmətsizlikdir” - ETİRAZ 5 Dekabr 2020, 14:15 Azərbaycanın Polşadakı səfirliyi bir qrup soydaşımızı təltif edib 5 Dekabr 2020, 14:09 Gəncədə COVID-19-a qarşı bu cür mübarizə aparılır 5 Dekabr 2020, 14:00 Daha bir koronaviruslu xəstə ictimai yerdə saxlanıldı 5 Dekabr 2020, 13:54 Xudavəng monastrına vaiz təyin olunub 5 Dekabr 2020, 13:45 Qarabağda Türkiyə ilə xüsusi iqtisadi zona yaradılsın - TƏKLİF 5 Dekabr 2020, 13:32 “Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxdu 5 Dekabr 2020, 13:24 50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO 5 Dekabr 2020, 13:16 Şuşa-Turşsu yolu minalardan təmizlənir - VİDEO 5 Dekabr 2020, 13:08 Yaqut Abdullayevanın “Əsgərə məktub”u 5 Dekabr 2020, 13:00 İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb 5 Dekabr 2020, 12:54 “Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək -VİDEO 5 Dekabr 2020, 12:46 Bakıda mənzildən meyit tapıldı 5 Dekabr 2020, 12:38 Paşinyan əsirlərin mübadiləsindən DANIŞDI 5 Dekabr 2020, 12:30 Sabahın hava PROQNOZU 5 Dekabr 2020, 12:24 Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi 5 Dekabr 2020, 12:19 Azərbaycan nefti 50 dollara yaxınlaşır 5 Dekabr 2020, 12:12 Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi 5 Dekabr 2020, 12:05 “Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” - VİDEO 5 Dekabr 2020, 12:00 Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi 5 Dekabr 2020, 11:54 Gürcüstanda yoluxma sayında yeni rekord 5 Dekabr 2020, 11:47 “Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb - FOTOLAR 5 Dekabr 2020, 11:40 Ermənistanda koronavirusa yoluxanların sayı 140 mini ötdü 5 Dekabr 2020, 11:32 Lənkəran sakini qohumunun evindən oğurluq etdi 5 Dekabr 2020, 11:24 Həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər TƏYİN OLUNDU 5 Dekabr 2020, 11:16 “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 11:08 Gələn ilin bayram GÜNLƏRİ 5 Dekabr 2020, 11:00 Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı 5 Dekabr 2020, 10:52 Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 10:44 Cəbrayıl uğrunda şəhid olan baş leytenant - FOTO 5 Dekabr 2020, 10:36 Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir 5 Dekabr 2020, 10:28
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?