Arxiv
11 May 2020, 18:20 | MEDİA
Telekanallarımızda böyük BİABIRÇILIQ - Mərhum aktyoru efirə dəvət etdilər

Azərbaycanın televiziya jurnalistləri utancverici hərəkətə yol veriblər. Belə ki, adları açıqlanmayan TV əməkdaşları mərhum teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadəni verilişə dəvət ediblər.

Modern.az xəbər verir ki, bu barədə barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, mərhum sənətkarın qızı Aygün Xanızadənin atasının adına açdığı “Feysbuk” səhifəsinə bu səpkidə mesajlar göndərilib:

“Hamlet Xanızadənin qızı Aygün Xanızadə bir az əvvəl dedi ki, “gəl, atamın adına açdığım “Feysbuk” səhifəsinə göndərilən mesajları sənə oxuyum”. Maraqlı gəldi. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün xanım bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkdim. Yazırlar ki, “Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nooolar, gəlin siz də iştirak edin”. Hətta biri yazıb ki, “mən nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin””.

Bu mesajlardan sonra Aygün Xanızadə mərhum sənətkarı efirə dəvət edən TV jurnalistlərinin bəziləri ilə sərt danışıb. Onlar biləndə ki, Hamlet Xanızadə həyatda yoxdur, Aygün xanımdan xahiş ediblər ki, bu haqda heç kimə deməsin:

“Xahiş etdilər ki, heç kimə deməyin, bizi işdən çıxararlar. Mən də ad yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar?”,-deyə Aygün Xanızadə bildirib.

Aygün Xanızadə həmin jurnalistlərə cavab verəndə ki, atası 1990-cı ildə dünyasını dəyişib, onlar dərhal söhbəti “fırladıblar”: “Niyə belə acıqlı danışırsınız, o, bizim üçün həmişə sağdır”.



Qeyd edək ki, Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində doğulub. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə başlayıb.

Hamlet Xanızadə "Dəli yığıncağı"nda Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında doktor rollarını ifa edib. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində də oynayıb.

Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Gizir obrazını da Hamlet Xanızadə canlandırıb. 

"Axırıncı aşırım"da  onun rolu - Talıbov o qədər böyük olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla ifa edib.

Hamlet Xanızadənin ən uğurlu ekran qəhrəmanlarından biri "Arxadan vurulan zərbə" filmindəki İmaşdır.

Aktyor "Babək" filmində xəlifə Mötəsimi də canlandırıb.

Onun "Qətl günü" filmində canlandırdığı Sədi Əfəndi isə ümumiləşmiş yazıçı, filosof obrazıdır.

Görkəmli aktyor 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat seçicilərlə görüşdü - FOTO 29 May 2020, 14:04 BMU əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda    29 May 2020, 13:57 Bakıda dönər evinin sahibi 2 min manat cərimələndi 29 May 2020, 13:50 Məktəb və universitetlərdə ənənəvi dərs üsuluna qayıdış şagird və tələbələrə psixoloji təsir edəcək 29 May 2020, 13:43 Bakıda dəhşətli qətl - Ər arvadını gözəllik salonunda öldürdü 29 May 2020, 13:37 Türkiyə Böyük Millət Məclisinin Sədri Sahibə Qafarovaya zəng etdi 29 May 2020, 13:30 Müəllimlərin yerdəyişmə müsabiqəsinin detalları açıqlandı 29 May 2020, 13:23 DİM TOEFL imtahanı keçirəcək 29 May 2020, 13:15  Güclü külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI 29 May 2020, 13:08 Ötən günün "yol terroru" - 6 qəza, 6 ölü, 1 yaralı 29 May 2020, 13:00 Beyləqanda ağır qəza - ata öldü, oğlu yaralandı   29 May 2020, 12:53 Azərbaycan özünün daxili imkanları ilə koronovirusla mübarizədə böyük nailiyyətlər əldə edib - Şeyx 29 May 2020, 12:45 İş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbulu başlayır 29 May 2020, 12:37 Cavanşir Feyziyev seçicilərlə görüşüb - FOTO 29 May 2020, 12:30 Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürdü 29 May 2020, 12:23 MİDA gələn aydan güzəştli mənzillərin satışına başlayacaq 29 May 2020, 12:14 Ermənistanda bir gündə daha 460 nəfər koronavirusa yoluxdu 29 May 2020, 12:06 Kolleclərə 47734 nəfər sənəd verdi 29 May 2020, 11:57 Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 29 May 2020, 11:48 Prezident fərman İMZALADI 29 May 2020, 11:40 ADU tələbə qəbulu elan etdi 29 May 2020, 11:32 Qonşusunun evindən oğurluq edən şəxs TUTULDU 29 May 2020, 11:23 Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO 29 May 2020, 11:15 Jurnalistin anası koronavirsudan vəfat etdi - FOTO 29 May 2020, 11:06 KOVİD-19-un ən çox yayıldığı ölkələrin SİYAHISI 29 May 2020, 10:58 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 29 May 2020, 10:50 Valideynlər Gömrük Akademiyasına təşəkkür etdilər 29 May 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 29 May 2020, 10:35 Bu rayonlarda peşə tədrisi mərkəzləri açılacaq 29 May 2020, 10:28 Meşədə narkotik becərən Oğuz sakinləri tutuldu 29 May 2020, 10:20 Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib - FOTO 29 May 2020, 10:13 Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb 29 May 2020, 10:05 Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58 Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? 29 May 2020, 09:50 Ermənilər atəşkəsi 25 dəfə pozub 29 May 2020, 09:44