Modern.az

Azərbaycan pandemiya dövründə bu məhsulların ixracını artırıb - STATİSTİKA

Azərbaycan pandemiya dövründə bu məhsulların ixracını artırıb - STATİSTİKA

14 May 2020, 13:03

“Koronavirus pandemiyası Azərbaycanın ixrac məhsullarının həcminə mənfi təsir göstərməyib, əksinə artım qeydə alınıb”.

Bunu Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyiyanında Aqrar Tədqiqatlar Mərkəzinin Diaqnostika, proqnozlaşdırma və planlaşdırma bölməsinin rəhbəri Səadət Hacıyeva bildirib.

 

S.Hacıyeva qeyd edib ki, 2020-ci ilin ilk 4 ayı ərzində tərəvəz məhsullarının ixracında ötən ilin ilk 4 ayı ilə müqayisədə 40.2% artım müşahidə olunub:

“Kartof ixracı 31% artaraq 3.3 milyon dollar, pomidor ixracı 47.7 % artaraq 73.3 milyon dollar, xiyar ixracı 3.9 dəfə artaraq 8.9 milyon dollar olub. İlk 4 ayda ümumi tərəvəz məhsulları ixracı 40.2% artaraq 83.6 milyona çatıb. İxrac rəqəmlərinə əsasən deyə bilərik ki, COVID-19 pandemiyası tərəvəz məhsullarının ixrac əməliyyatlarını məhdudlaşdırmayıb. Əsas ixrac bazarı Rusiyadır”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, yeganə olaraq, əsas ixrac məhsullarından olan fındıq ləpəsinin ixracında 20.4% lik azalma olub:


“Fındığın ixrac bazarı əsasən Rusiya və Avropa ölkələridir. Rusiya bazarına ixracda azalma cüzidir (4.9 %), əsasən İtaliya və Almaniyaya ixracın 45%-lik azalması ölkədən ümumi fındıq ləpəsi ixracının azalmasına səbəb olub. Bununla yanaşı, sitrus meyvələri ixracında, qurudulmuş meyvə ixracında artım müşahidə edilir”.

 

S.Hacıyeva qeyd edib ki, 2020-ci ilin yanvar-mart aylarında ümumi kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 3.7% çox olub:

“Heyvandarlıqda 3.2%, bitkiçilikdə 13.4% artım olub. Yanvar-mart ayları üzrə bitkiçilik məhsullarının istehsalı (tərəvəz) 79.3 min tondur. Bu isə əvvəlki illə müqayisədə 16.1 % çoxdur. Yanvar-mart ayları üzrə heyvandarlıq məhsullarının istehsalı üzrə diri çəkidə ət 126.6 min tondur. Bu isə əvvəlki illə müqayisədə 3% çoxdur.

Hesabat dövründə 475.6 min ton süd istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 1.7 % çoxdur. Həmçinin, ilk 4 ayda 485.3 milyon ədəd yumurta istehsal eidlib ki, bu da əvvəlki illə müqayisədə 9.7 % çoxdur”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...