Modern.az

Özünü bloqer adlandıran şəxs cərimə olundu - DİN-dən açıqlama

Özünü bloqer adlandıran şəxs cərimə olundu - DİN-dən açıqlama

Hadisə

16 May 2020, 17:33

Özünü bloqer adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə RPŞ-nin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə pratokolu tərtib edilərək sərbəst buraxılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

 

"Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqindən sonra bu Z.Mahmudovun inzibati qaydada 3-cü cəzasıdır. Bundan əvvəl də o, 2 dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub",- deyə DİN-dən bildirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi