Modern.az

Qarabağ separatçılarının liderinin “andiçməsi” bu məkanda olacaq - FOTO

Qarabağ separatçılarının liderinin “andiçməsi” bu məkanda olacaq - FOTO

18 May 2020, 15:54

Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında yaradılmış qondarma rejimin yeni “prezidenti” Araik Arutunyan mayın 21-də “inauqurasiya” mərasimi keçirəcək.

 

Modern.az Ermənistan  KİV-nə istinadən xəbər verir ki, mərasim Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək. Maraqlıdır ki, separatçı rejim rəhbərinin “inauqurasiya” mərasimi Şuşa mədəniyyət evində keçiriləcək.

 

1992-ci ilin mayında Şuşanı zəbt edən erməni birləşmələri mədəniyyət evinə də od vurmuşdular. Sonradan Kanadadan olan diaspor nümayəndələrinin maliyyəsi hesabına mədəniyyət evi bərpa olunub. Restavrasiya işləri zamanı binanın üzəırində daxilindəki Azərbaycan ornamentləri məhv edilib.    

Ağır epidemioloji vəziyyətə baxmayaraq, inauqurasiya mərasiminə Ermənistdan və xarici ölkələrdən qonaqlar dəvət olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir