Arxiv
19 May 2020, 16:27 | PARLAMENT
Sahibə Qafarova köməkçisi olmayan deputatlara MÜRACİƏT ETDİ

Milli Məclisin Sədri Sahibə Qafarova hələ də özünə köməkçi seçməyən deputatlara müraciət edib. Modern.az-ın xəbərinə görə, Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında bildirib:

"Mayın 15-də bu salonda mən Milli Məclis Aparatının rəhbəri və digər məsul şəxslərlə birlikdə Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə görüş keçirdim. Karantin rejimi olduğuna görə bölgələrdən deputat köməkçilərinin Bakıya dəvət edilməsi uyğun sayılmadı. Biz onlarla videokonfrans formatında görüş keçirməyi nəzərdə tuturuq. Haqqında bəhs etdiyim görüşdə yeni təyin edilmiş köməkçilərin fəaliyyət istiqamətləri və vəzifələri barəsində geniş fikir mübadiləsi aparıldı. Bildiyiniz kimi, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində parlamentin fəaliyyətinin yol xəritəsini müəyyən edib. Dövlət başçısı öz tövsiyələri ilə biz deputatların qarşısında yeni vəzifələr irəli sürüb. Ən mühüm vəzifələrdən biri budur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. İnsanları narahat edən məsələlərin aşkara çıxarılması və dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin ən vacib istiqamətlərindən birini təşkil etməlidir. Deputatın vəzifə və səlahiyyətlərinin dolğun şəkildə həyata keçirilməsində deputat köməkçilərinin üzərinə böyük məsuliyyət düşür. Yəqin mənimlə razılaşarsınız ki, biz köməkçilərimizdən yüksək bilik və bacarıqla yanaşı, təşəbbüskarlıq və fəallıq da gözləyirik. Mən inanıram ki, deputat köməkçiləri ilə bu cür görüşlər ümumi işin xeyrinədir və bunları davam etdirmək lazımdır. Hörmətli həmkarlar, sizdən xahişim budur ki, öz köməkçilərinin namizədliyini hələ də müəyyən etməmiş deputatlar bu məsələni tezliklə həll etsinlər və köməkçilərinin namizədliyini Milli Məclisin Aparatına təqdim etsinlər".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44