Arxiv
20 May 2020, 16:03 | MƏDƏNİYYƏT
Toy qadağasının gətirdiyi PROBLEMLƏR

“Azərbaycanda toy sferası özü ilə bərabər yan sahələrə də təsir edən və onları inkişaf etdirən biznes sferasıdır. Ona görə də bu sahəyə təsir edən hər şey onunla bağlı bütün sahələrə təsir edir”.


Bunu Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli koronavirus pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimi çəçivəsində toylara qoyulan qadağanın iqtisadi zərərləri barədə danışarkən bildirib.


N.Cəfərli deyib ki, əvvəldən bu sahədə qeydiyyatla, leqal əməliyyatlarla, köçürmələrlə bağlı problemlər var idi:

“Heç vaxt toy sahibləri restoran sahiblərilə müqavilə bağlamırdı, müqavilə mədəniyyəti yox idi. Bu da vergidən yayınmalara, həmçinin bir sıra problemlərə yol açırdı. Toyda iştirak edən müğənnilər, tamadalar vergi vermirdi. Karantin rejimi bu sahəyə təsirsiz ötüşmədi. Amma bu o demək deyil ki, karantindən doğan tədbirlər digər sahələrə təsir etmir. Karantin rejimi bütün sahələrə təsir göstərir, paralel olaraq, iş yerlərinin azalmasına səbəb olur.

Həm şadlıq evlərində çalışanlar işsizdir, həm də şadlıq evlərini qida məhsulları, spirtli içkilər və digər məhsullarla, video və foto çəkilişindən, salonlarından tutmuş bütün xidmətlərlə təmin edən sahələrə təsir edir”.

 

Ekspert deyib ki, icazə veriləcəyi halda, Azərbaycanda toylarla bağlı yeni qaydaların tətbiqi gözlənilir:

“Nəzərə almaq lazımdır ki, bu, Azərbaycanın tətbiq etdiyi qadağa deyil. Bütün dünyada kütləvi tədbilər, şadlıqlarla bağlı qadağalar qüvvəyə minib. Hazırda tibbi təhlükəsizlik məsələləri öndə olduğu üçün digər məsələlər arxa plana keçib. Amma təbii ki, bu, uzun müddət davam edə bilməz. Yəqin ki, bir müddətdən sonra pandemiyanın gətirdiyi problemlərin artımını hiss edəcəyik. Bu səbəbdən gözlənilir ki, növbəti mərhələlərdə bəzi qadağalar da yumşaldılsın.

Qonşu Türkiyədə iyunun 1-dən toy salonlarının açılması gündəmdədir. Amma hökumət həkimlərlə birlikdə qaydalar müəyyən ediblər. Qaydalarda sosial məsafə prinsipi əsas götürülüb. Qonaqların sayı, masalar, insanlar arasındakı məsafələr həmin qaydalarla tənzimlənir. Bu qaydalara əməl etmək şərtilə toyların keçirilməsinə icazə verilir. Gözlənilir ki, Azərbaycanda da buna bənzər qaydalarla toyların keçirilməsinə icazə verilsin”.


İqtisadçı Razi Abasbəyli toylar yoxdu deyə, aşağıdakı problemlərin yarandığını bildirib:
 
- Bərbərxana və gözəllik salonlarında təlabat aşağıdır;
- Ət və ət məhsullarının satışında azalma var;
- Mebel sənayesi müştəri tapa bilmir;
- Məişət cihazlarının satışında kəskin azalma var;
- Aqrar sektordan toplanan mövsümi məhsulların kütləvi alışını təmin etmək çətindir - xiyar, pomidor, kartof, bütövlükdə qida sənayesi, spirtli içki bazarı ciddi müştəri problemi yaşayır;
- Kosmetika, ətriyyat bazarında da durğunluqdur;
- İcarə geyim dəstlərindən tutmuş, adi qaydada satılan geyim bazarında vəziyyət pisləşib;
- Qızıl bazarı daha ağır böhran yaşayır.


Bu arada Nazirlər Kabineti yanında Operativ Qərargah iyun-iyul aylarında da toyların keçirilməsinə icazə verilməsinin nəzərdə tutulmadığını bəyan edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38 Nazirliyin 25 əməkdaşı COVID-19-a yoluxdu - 1 nəfər öldü 25 Sentyabr 2020, 16:33 AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib 25 Sentyabr 2020, 16:27 Daha iki sinif distant təhsilə keçdi 25 Sentyabr 2020, 16:22