Modern.az

Terrorçu quruplaşmanın üzvləri məhv edildi

Terrorçu quruplaşmanın üzvləri məhv edildi

Dünya

20 May 2020, 23:51

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) ölkənin Kürdüstan vilayətində xüsusi əməliyyat keçirərək terror qruplaşmasını zərərsizləşdirib.

Modern.az xəbər verir ki, əməliyyat nəticəsində 2 terrorçu məhv edilib. Bundan başqa terrorçulardan 4-ü yaralanıb, 16-ı isə tutulub. Tutulan şəxslərin evlərində və iş yerlərində aparılan axtarış zamanı silah-sursat aşkar edilərək götürülüb.

Sepahın açıqlamasında bildirilir ki, terror qrupunun bəzi üzvləri xarici qüvvələr tərəfindən diversiya və terror aktları törətmək məqsədilə İrana göndərilib.

Qeyd edək ki, ötən ayda da İranın Kürdüstan vilayətində xüsusi əməliyyat keçirilib və nəticədə Sepahın 1 nəfər əsgəri həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!