Modern.az

Paşinyanın 2 günlük Şuşa səfərinin proqramı AÇIQLANDI

Paşinyanın 2 günlük Şuşa səfərinin proqramı AÇIQLANDI

21 May 2020, 10:51

Ermənistan baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torplaqlarına 2 günlük səfər edəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyan günorta saatlarında Xocalı aeroportuna gələcək. Onu səfər zamanı baş nazir aparatının rəhbəri Eduard Aqancanyan, protokol işləri rəhbəri Vaqe Akopyan, mətbuat katibi Mane Qevorqyan və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan müşayiət edəcək.

 

O, buradan Xankəndinə gələrək. separatçı rejimin "fəaliyyət müddəti bitən rəhbəri" Bako Saakyanla görüşəcək. Nikol Paşinyan saat 18:00-da Şuşa Mədəniyyət Evində yeni “prezident” Araik Arutunyanın "andiçmə mərasimi"nə qatılacaq.

Mərasim Youtube-da canlı yayımlanacaq. Məhdud sayda insanın qatılacağı tədbirə jurnalistlər buraxılmayacaq.

 

“Andiçmə”dən sonra Nikol Paşinyan qondarma rejimin parlamentində görüşlər keçirəcək, müxtəlif siyasi qüvvələrin təmsilçiləri ilə görüşəcək.

Onun Qarabağ erməniləri qarşısında yeni çıxışı da gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı