Modern.az

Yevlaxda koronavirusa yoluxanların çoxu qaraçılardı

Yevlaxda koronavirusa yoluxanların çoxu qaraçılardı

Hadisə

22 May 2020, 12:07

“Yevlaxda koronavirusa yoluxma halı daha çox “qaraçı” adlanan sakinlərdə aşkarlanıb. Buna səbəb onların daha çox sərbəst və toplu halında yaşaması ilə bağlıdır. Ancaq onların hər biri ilə aparılan maarifləndirmə işləri öz nəticəsini verməkdədir. COVID-19-a yoluxanların vəziyyəti normaldır”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Yexlaxdan olan deputatı İlham Məmmədov deyib. 

Deputatın sözlərinə görə, ölkədə koronavirus yayılmağa başladığı gündən bəri Yevlaxda qabaqlayıcı tədbirlər davam etdirilir:


“Rayon deputatı olaraq vaxtaşırı insanlarla əlaqə saxlayıb hər bir vəziyyəti öyrənirəm. Keçən həftənin bazar günü rayona gedib  bir daha vəziyyətlə yerində tanış oldum. Küçələr dizenfeksiya edilir, insanlarla maarifləndirici söhbətlər aparılır”.


İlham Məmmədov “qaraçı”ların hüquqlarından da söz açıb:

“Bildiyiniz kimi, Yevlax rayonu “qaraçılar” kimi tanınan köçəri tayfanın kompakt yaşadığı ərazilərdən biridir. “Qaraçı” deyilən insanlar da Yevlax sakinləridir. Onların da şəxsiyyət vəsiqəsi var və Azərbaycan vətəndaşlarıdırlar. Sadəcə olaraq, onların özlərinə məxsus məişət və adət ənənələri var. “Qaraçılar” həm də çox sərbəst həyat tərzinə üstünlük verirlər. Uzun müddət onların təhsilə cəlb edilməsi istiqmətində işlər aparılıb. Təəssüflər olsun ki, bu, geniş formada deyil. Çünki məişət, adət-ənənələrinə görə onlar təhsildən yayınmağa meyllidirlər. Buna baxmayaraq, “qaraçı”lar arasında müxtəlif peşə sahibləri olan insanlar da var”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü