Arxiv
22 May 2020, 21:05 | AKTUAL
İlham Əliyev videokonfransa qatıldı - YENİLƏNİB

"Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri ilə keçirdiyi videokonfransda deyib.

Qeyd edək ki, mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Videokonfransda iştirak edən “Signify” baş icraçı direktoru Erik Rondolat bildirib ki, Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək.

Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq:

"Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq.

Bilirəm ki, şirkətiniz artıq Azərbaycanda dövlət və özəl sektorla bir neçə layihə həyata keçirib. Lakin Davosda müzakirə etdiyimiz və indi birgə icra etdiyimiz bu layihə, əlbəttə ki, ən böyük miqyaslı layihədir. Əvvəllər də müzakirə etdiyimiz kimi, onun gələcək üçün böyük potensialı var. Çünki bu, birinci təcrübədir. Mən əminəm ki, bu, çox uğurlu bir təcrübə olacaqdır və sonra da bələdiyyə, şəhər idarəetmə orqanları bunun faydasını görəcəklər. Bildirildi ki, biz çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər üçün, ixrac üçün qənaət edəcəyik və şəhərin həyatını daha da yaxşı edəcəyik".

Sonra “Signify” şirkətinin baş icraçı direktoru COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyalar üzərində iş aparıldığını dedi və bu sahədə ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Dövlət başçısı bildirib ki, virus bütün ölkələrə təsir edib: "Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq. Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub. Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var. Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Əlbəttə ki, mən sizin bəşəriyyətin özünü qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü tam dəstəkləyirəm".

Erik Rondolat kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması sahələrində əməkdaşlıq məsələlərinə toxundu, ölkəmizlə bu istiqamətlərdə təcrübəni bölüşməyə hazır olduğunu deyi. Söhbət zamanı kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqi və bu işdə gənc kadrların hazırlanması məsələləri də müzakirə olunub.

Azərbaycan Prezidenti qeyd edib: "Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır".

 

***

 

Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

 

Modern.az xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Teledərslərin bu günə olan CƏDVƏLİ 2 Dekabr 2020, 00:10 Messi Çempionlar Liqasında daha bir oyunu buraxacaq 2 Dekabr 2020, 00:00 Paşinyanın istefasını tələb edən daha 35 nəfər saxlanıldı 1 Dekabr 2020, 23:50 İŞİD Əkrəm İmamoğlunu öldürmək istədi 1 Dekabr 2020, 23:37 “Ölümün qolları güclü olsa da, Vətən məhəbbəti güclüdür ondan” - 30 yaşlı Şuşa qəhrəmanı   1 Dekabr 2020, 23:32 Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı 1 Dekabr 2020, 23:22 Ceyhun Bayramov qətərli həmkarı ilə danışdı 1 Dekabr 2020, 23:11 Almaniyada dəhşətli hadisə 1 Dekabr 2020, 23:00 Ceyhun Bayramov Çavuşoğlu ilə Laçını müzakirə etdi 1 Dekabr 2020, 22:50 Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı 1 Dekabr 2020, 22:45 Azadlıq meydanı parada hazırlaşır - FOTO 1 Dekabr 2020, 22:35 “Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir? 1 Dekabr 2020, 22:24 Laçın yolu və bu yolu açan dəmir yumruq 1 Dekabr 2020, 22:11 Ermənistanın məğlubiyyətinin “Yol xəritəsi” 1 Dekabr 2020, 21:57 “NATO Qarabağ münaqişəsinin tərəfi deyil” - Baş katib 1 Dekabr 2020, 21:32 “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı bu şəxslərə veriləcək 1 Dekabr 2020, 21:20 Maradonanın psixiatrının evində axtarış aparılır 1 Dekabr 2020, 21:11 İşğaldan azad edilən rayonlar üzrə təsis edilən medallar - FOTO 1 Dekabr 2020, 21:00 Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi 1 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 1 Dekabr 2020, 20:42 Şuşanı azad edənlər bu medalla təltif olunacaqlar 1 Dekabr 2020, 20:29 Stalin haqqında miflər və əfsanələr 1 Dekabr 2020, 20:20 “Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi 1 Dekabr 2020, 20:13 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 1 Dekabr 2020, 20:04 Böyük dövlətlərin koronavirus vaksini YARIŞI 1 Dekabr 2020, 19:38 Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı 1 Dekabr 2020, 19:23 Putinin hərbi bloku Qarabağdakı vəziyyəti müzakirə edib 1 Dekabr 2020, 19:15 Şəhid ailələri və müharibə əlillərinə hansı sosial dəstək göstərilir - SİYAHI     1 Dekabr 2020, 19:08 Azərbaycanda “Vətən müharibəsi iştirakçısı” medalı bu şəxslərə veriləcək 1 Dekabr 2020, 18:54 Almaniyada faciə: 2 ölü, 14 yaralı 1 Dekabr 2020, 18:39 Azərbaycanın elm və mədəniyyət xadimlərindən Fransaya ETİRAZ 1 Dekabr 2020, 18:31 “Qarabağ” ordeninin statutu müəyyənləşib 1 Dekabr 2020, 18:23 Hərbi Dəniz Qüvvələri hərbi hissəyə geri qayıdıb 1 Dekabr 2020, 18:19 Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirildi - FOTO 1 Dekabr 2020, 18:15 İlham Əliyevin çıxışı Misir mətbuatında... 1 Dekabr 2020, 18:11
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?