Modern.az

TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verdi - FOTO

TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verdi - FOTO

Aktual

24 May 2020, 21:51

Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı göndərib.

 

Modern.az xəbər verir ki, TİKA-nın bayram sovqatlarını Tovuz rayonuna gətirən qardaş Türkiyənin Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk və xanımı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Qənirə Paşayeva ilə görüşüb.

Baş konsul Zeki Öztürk Tovuza səfər etməkdən məmnunluğunu dilə gətirib və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək belə bir müqəddəs bayramda Tovuzda olmaqdan şad olduğunu deyib.

 

Məmməd Məmmədov və Qənirə Paşayeva baş konsul Zeki Öztürke işğalçı Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonu ilə bağlı geniş məlumatlar verib.

 

Tovuz rayonunun qardaş Türkiyənin paytaxtı Ankaranın Keçiörən bələdiyyəsi ilə qardaşlaşmış bölgələr olduğunu vurğulayan Qənirə Paşayeva Tovuzla qardaş Türkiyənin bölgələri arasında əməkdaşlığın genişlənməsi üçün geniş potensialın olduğunu deyib. Yaxın günlərdə qardaş Türkiyə vətəndaşlarının Azərbaycana 3 aylıq vizasız gediş gəlişinin mümkün olacağını deyən millət vəkili qardaş Türkiyədən və xüsusilə Qara Dəniz bölgələrindən bölgəmizə gələn turistlərin sayının artması istiqamətində geniş potensialın olduğunu bildirib.

 

İcra başçısı Məmməd Məmmədov isə Tovuz rayonunun iqtisadi potensialından danışıb, investisiyaların cəlbi üçün geniş imkanlar olduğunu deyib.

 

Q.Paşayeva işğalçı Ermənistanın törətdiyi təxribatlardan da danışıb və Türkiyə ilə Azərbaycan arasında, bölgələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində, birliyimizin möhkəmlənməsi üçün daha da çox çalışmalı olduğumuzu deyib. Qardaş Türkiyə ilə əməkdaşlığın daha da genişlənməsinin Prezident İlham Əliyevin siyasətində ön yerdə olduğunu deyən deputat Azərbaycan və Türkiyə bölgələri arasında da əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində çalışmaların gücləndirilməsinin vacibliyini vurğulayıb və bir sıra təkliflərlə çıxış edib.

 

Qardaş Türkiyənin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın dərinləşməsinə verdiyi böyük önəm barədə danışan Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk prezident Rəcəb Tayyib Ərdoğanın Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu məsələlərə nə qədər böyük önəm verdiyini deyib.

Baş konsul Tovuz rayonunda da ortaq layihələrin həyata keçirilməsi istiqamətində səylərini və dəstəyini əsirgəməyəcəyini deyib.

 

Ramazan bayramı münasibətilə Tovuzda 150 aztəminatlı ailəni bayram sovqatı ilə sevindirən qardaş Türkiyəyə, onun TİKA təşkilatına və qardaş ölkənin Gəncədəki baş konsuluna təşəkkürünü bildirən Qənirə Paşayevanın sözlərinə görə, bunun bizim üçün mənəvi anlamı böyükdür.

 

Qeyd edək ki, Zeki Öztürk, Məmməd Məmmədov və Qənirə Paşayeva Tovuzda fəaliyyətə başlayan Asan Xidmət, Aşıq Hüseyn Bozalqanlı adına Aşıq muzeyi, Dövlət Rəmzləri muzeyini və rayonun bir sıra yerlərini ziyarət edib, rayonda görülən işlərlə yaxından tanış olub, yaxın gələcəkdə həyata keçiriləcək bir sıra təkliflər və layihələr ətrafında fikir mübadiləsi aparıblar.

 

Sonra Qənirə Paşayevanım təşəbbüsü ilə TİKA-nın Tovuz rayonunda 150 aztəminatlı ailəyə Ramazan bayramı sovqatları kəndlərdə ailələrə təqdim olunub. Ailələr Ramazan bayramı mübasibətilə təbrik ediliblər. Eyni zamanda onlarla COVID-19 virusundan qorunmaq üçün maarifləndirici söhbətlər də aparılıb və Qənirə Paşayeva tərəfindən qoruyucu maskalar da hədiyyə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü