Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 369 nəfərə çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 369 nəfərə çatdı

25 May 2020, 21:32

Türkiyədə son sutka ərzində daha 29 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 369 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 21 492  nəfərdən  987-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  157 814  nəfərə çatıb. Müalicə olunan 1 321  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  120 015 nəfər koronavirusdan müalicə olunub. Hazırda reanimasiyada ümumilikdə 755 xəstə var".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır