Modern.az

Qənirə Paşayeva aztəminatlı ailələrə yardım etdi

Qənirə Paşayeva aztəminatlı ailələrə yardım etdi

Aktual

26 May 2020, 12:58

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə SOCAR şirkəti tərəfindən ön cəbhə rayonu olan Tovuz rayonunda 150-dən artıq Qarabağ müharibəsi əlili və veteranına Ramazan bayramı münasibətilə bayram sovqatı təqdim edilib.

 

Modern.az xəbər verir ki, bu ailələrə bayram sovqatı ilə yanaşı Qənirə Paşayeva tərəfindən koronavirusla mübarizə istiqamətində gigiyenik- qoruyucu vasitələr də hədiyyə edilib və COVİD-19 virusu ilə mübarizədə hər bir vətəndaşın üzərinə düşən vəzifələrə dair maarifləndirici məlumatlar da verilib.

 

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına qarşı diqqət və qayğısının hər kəsə böyük örnək olduğunu deyən Qənirə Paşayeva Ramazan bayramında Qarabağ müharibəsi əlillərini, qazilərimizi təbrik etməyi özünə borc bildiyini qeyd edib, onlara Allahdan bütün arzularına çatmalarını diləyib.

  

Qənirə Paşayeva eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyevlə və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyevlə görüşüb, Ramazan bayramlarını təbrik edib. İctimai Birliklərin qayğıları ilə maraqlanan millət vəkili işlərində daha da böyük uğurlar diləyib.

 

Q.Paşayeva Tovuza səfəri zamanı həmçinin rayon məscidini də ziyarət edib, Qafqaz Müsəlmanları İdarəsinin Tovuz rayonu üzrə səlahiyyətli nümayəndəsi, Tovuz rayonu Dini İcmasının sədri Nəriman İbayev ilə görüşüb və Ramazan bayramı münasibətilə təbrik edib. Gənclərimizin dinimizi doğru şəkildə öyrənməsi, din pərdəsi arxasında öz niyyətlərini həyata keçirmək istəyən xarici güclərin təsir dairəsinə düşməməsinin, dini maarifləndirmənin gənclərimiz arasında vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.

 

Qənirə Paşayeva rayon məscidinə bir çox kitablar, materiallar hədiyyə edib və bəzi aztəminatlı ailələrə Ramazan bayramı münasibətilə sovqat təqdim edilib.

 

Turan ASLAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır