Arxiv
27 May 2020, 13:59 | HADİSƏ
Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman?

2004-cü ildə, Macarıstanda NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində hərbçilər üçün inglis dili kurslarında olan baş leytenant Ramil Səfərov qətl törədib.

O, Mikloş Zrinya adına Macarıstan Milli Müdafiə Universitetinin yataqxanasında Ermənistan ordusunun 25 yaşlı leytenantı Qurgen Marqaryanı balta ilə öldürüb.

İstintaq materiallarına görə, 26 yaşlı R.Səfərov "yuxuda olan" Marqaryanı baltalayandan sonra 29 yaşlı erməni kapitan Hayk Makuçyanı da öldürmək istəyib. Amma Makuçyanın bəxti gətirib.

Hadisə səhər saat 5-də, yataqxananın 218/a otağında baş verib və əsas şahid macar Kuti Balaş olub.

Ramil Səfərov ömürlük həbs cəzası almışdı. O, 2012-ci ildə Azərbaycana ekstradisiya olunub.

Ramil cəzasız qaldı? Əsla, çünki 8 il həbsxanala oldu. Həyatının ən parlaq illərini məşum kamerada keçirdi, əməlinə görə ağır bədəl ödədi.

Macarıstan da daxil olmaqla, Avropa ölkələrində qətlin cəzası orta hesabla elə budur və ona görə də "cinayət-cəza" məsələsini bağlayaq, Ramili də Rodion Raskolnikov diskursunda müzakirə etməyək.

Yaşananlar, R.Səfərovla bağlı proses, ekstradisiyadan sonra baş verənlər - hamısı məlumdur.

Ramil Səfərov qəhrəmandırmı? Düşünmürəm. Əslən Cəbrayıl rayonundan olan, erməni işğalçılarının terrorçunu, vəhşiliyini, sadistliyi və manyaklığını bilən Ramilin ailə üzvləri, qohumları Qarabağ faciəsini yaşayıblar.

Ramil Səfərov erməni terrorçunun, erməni işğalının və erməni vurdalaklığının qurbanıdır.

Məhkəmə bunu nəzərə almamışdı Budapeştdə.

Habelə istintaq materiallarında bir sıra önəmli məqamlar da görməzdən gəlinmişdi.

Məsələn, Hayk Makuçyanla Qurgen Marqaryan o kurslarda sürəkli olaraq Azərbaycanı aşağılayır, azərbaycanlıların ünvanına təhqiramiz ifadələr işlədirdilər. Onlar hətta Azərbaycan bayrağını ayaq altına ataraq tapdalamışdılar da.

Ramil ermənini öldürməli idimi? İndi asanlıqla, rahatlıqla "yox" yazmaq bəsitdir.

O zaman, orada olsaydım və ermənilərin həmin hərəkətlərini görsəydim, nə edərim? Bildiyim dillər, oxuduğum kitablar, aldığım humanist və tolstovçu tərbiyə işimə yarardımı?

Əsla düşünmürəm.

Ramilin məhkəməsinin protokollarını oxumuşam. O dönəmdə Budapeştdə idim.

Protokollarda yazılanlar, Budapeştdə ermənilərin məhkəməyə təzyiq və medianı ələ almaq üçün etdikləri əməlləri görəndə yazmışdım: "Ramil haqlıdır. Hələ gec edib"

Yadımdadır, fransız, ispan, ingilis dostlarım məni xeyli qınamışdılar, amma sonra onlara protokollarda yazılanları danışanda susmuşdular.

Ramil Səfərov qatildirmi? Yox.

Uşaq olanda rus dilinin incəliklərini bizə öyrədən müəllimimiz vardı - Aleksandra Narışkina. Zadəgan xanımdı, elə rus zadəganlarının nəslindən idi. Ən çox sevdiyi şair Marina Svetaeva idi "Şairə yox, şairdi Marina" deyərdi bu qadın.

Həddən ziyadə zərif, incə, kövrək qəlbli, insan həyatını və ləyaqətinin hər şeydən üstün olduğunu bizə təlqin edən xanımdı.

Konstantin Simonovun "Öldür onu!" şeiri var. Oxumağınız məsləhətdir. Şeirdə deyilir: "Heç olmasa bir alman öldür, harada gördün, öldür, nə qədər görsən, o qədər öldür!"

Zərif, çəlimsiz Aleksandra Georgiyevna o şeiri bizə oxuyanda hər dəfə kövrəlirdi və elə qirayət edirdi ki, sanki səngərdədi.

Onun "Öldür onu!" səsi hələ də qulağımdadır...

Simonov manyak, qaniçən, militar adam deyildi, bilaəks. Fəqət, dinc insanlara divan tutan, ağlagəlməz vəhşiliklər edən nasistləri o dönəmdə öldürmək gərəkdi. Harada gördünsə, öldürmək.

Erməni terrorçu alman nasizmindən də betərdir.

Dinc, silahsız erməniyə əsla əl qaldırmam. Qaldırmamışam da.

Amma silahlı, "Qarabağ bizimdir!" deyən, millətimi və vətənimi aşağılayan, millətimi və vətənimi yox etməyə üstlənən varlığı öldürmək mübahdır.

Düşməndir, məni, ailəmi, sevdiklərimi öldürməyə gəlib. Ulusumu, yurdumu viran qoymağa gəlib.

Beləsi harada olursa-olsun, əfi ilan misalı başı əzilməlidir.

Ermənilərin azərbaycanlılarla nə zamansa "normal" münasibətlərdə olduğuna və illah da ki, nə zamansa olacaqlarına inanmıram.

Humanist, Avropa dəyərlərini anlayan və o dəyərlərlə yaşayan biri olsam da.

Çünki mən ermənini əla tanıyaram. Həm "dinc" həyatda qonşu olmuşam onlarla, həm də Qarabağda, savaşda görmüşəm onları. Daha sonra ən müxtəlif ölkələrdə, ən müxtəlif ortamlarda, beynəlxalq tədbirlərdə, təşkilatlarda və etc.

Çox görmüşəm və o gördüklərim məni dəfələrlə öldürüb.

Ermənilər bizə qarşı vəhşi, "son nəfərədək" prinsipi ilə savaşıblar, indi də elədir.

Onlar azərbaycanlı körpələri süngüləmək, hamilə azərbaycanlı xanımları baltalamaq, yaralı əsgərlərimizin üzərindən maşınla keçmək, qocaların gözlərini armaturla ovmaq üçün səhərin açılmasını gözləməyiblər.

Erməni kimi olmamalıyıq.

Erməniyə qarşı olmalıyıq - insanlıqda, şəfqətdə, qətiyyətdə, iradədə.

Ermənilər indi Avropa İnsan Haqları Məhkəməsinin Ramillə bağlı qərarını, yəni Azərbaycanın təzminat ödəməsini nəzərdə tutan hökmünü bayram edirlər, mənəvi qələbə sayırlar.

Halonki mənəvi qalib Ramildir.

Zatən insanlıq da elə budur - Elem Klimovun "Get və bax" filmində Hitlerin uşaqlıq fotosuna atəş aça bilməyən, amma nasistlərə divan tutan Florian, Rober Enrikonun "Le Vieux Fusil" filmində diri-diri yandırılan arvadının və güllələnmiş qızının cəsədlərini görən cərrah Jülyen Dandyö kimi.

Nə Florian, nə də Jülyen adam öldürəcəklərini ağıllarına da gətirməzdilər.

Amma öldürürlər - adamlıqdan çıxan düşməni.

Ramil kimi...

Və...

A la guerre comme à la guerre!


El
çin Alıoğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi 13 İyul 2020, 16:48 Moskvadakı soydaşlarımızdan Ermənistanın təxribatına sərt etiraz 13 İyul 2020, 16:43 Polis 190 manata qarpız alan qardaşları saxladı - VİDEO 13 İyul 2020, 16:40 Azərbaycanda virusdan sağalanlar yoluxanları üstələdi - 7 nəfər öldü  13 İyul 2020, 16:35 Ermənistan yeni itkilərini ETİRAF ETDİ 13 İyul 2020, 16:30 Leysan yağışlar Daşkəsənə ciddi ziyan vurdu - VİDEO 13 İyul 2020, 16:25 Komitə sədri: “Ölkəmizin uğurları erməni lobbisini ciddi narahat edir” 13 İyul 2020, 16:22 Müdafiə Nazirliyi Qaraqaya yüksəkliyi ilə bağlı məlumat yaydı 13 İyul 2020, 16:20 Çingiz Qənizadə: “Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir”.   13 İyul 2020, 16:15 Mehriban Əliyeva: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq” 13 İyul 2020, 16:09 Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verdi 13 İyul 2020, 16:05 Putin Ərdoğan Aya Sofya məbədini müzakirə etdilər 13 İyul 2020, 16:04 “Mülki əhali arasında itki yoxdur” - Nazirlik 13 İyul 2020, 16:01 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu 13 İyul 2020, 15:56 Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat YAYDI 13 İyul 2020, 15:50 Şəhid baş leytenantla vida mərasimi keçirilir - FOTO 13 İyul 2020, 15:44 Deputat Ermənistanı “dünyaya meydan oxumaq”da  ittiham etdi 13 İyul 2020, 15:38 Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: “Övladlarımızdan xəbər ala bilmirik” 13 İyul 2020, 15:33 Bu il üç milyon nəfərə 3,059 milyard manat sosial ödəniş edilib 13 İyul 2020, 15:28 115 kubalı həkim Azərbaycana gəldi 13 İyul 2020, 15:22 Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi 13 İyul 2020, 15:16 Nazirlikdən xəbərdarlıq - Qeyri-sabit hava həftə sonuna qədər davam edəcək   13 İyul 2020, 15:10 Polis Bakıda əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı 13 İyul 2020, 15:04 Lavrov Məmmədyarova ZƏNG ETDİ - Cəbhədəki vəziyyət müzakirə olundu 13 İyul 2020, 14:58 Şabranın bu bu kəndinə su çəkilir - FOTO 13 İyul 2020, 14:52 Təhsil İdarəsinə yeni rəis təyin olundu 13 İyul 2020, 14:46 Deputat şəhid Xəyyam Daşdəmirovun ailəsilə görüşüb - FOTO   13 İyul 2020, 14:40 Oğluna sünnət toyu etməyə cəhd göstərdi, CƏRİMƏLƏNDİ 13 İyul 2020, 14:35 Deputat: Ermənistan növbəti dəfə məqsədli şəkildə təxribata əl atdı” 13 İyul 2020, 14:34 Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq İSTƏYİR 13 İyul 2020, 14:32 Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 13 İyul 2020, 14:30 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 13 İyul 2020, 14:26 Azərbaycan diasporu etiraz bəyanatları yayır 13 İyul 2020, 14:24 Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi 13 İyul 2020, 14:20 “Aprel döyüşləri heç kimin yadından çıxmasın” - TƏHLİL 13 İyul 2020, 14:09