Modern.az

Fransada silahlı şəxs 3 nəfəri öldürdü

Fransada silahlı şəxs 3 nəfəri öldürdü

Aktual

28 May 2020, 08:57

Fransanın Sen-Varan kommunasında yerləşən müəssisədə atışma baş verib.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, naməlum kişi müəssisəyə daxil olaraq 3 nəfəri odlu silahdan açdığı atəşlə qətlə yetirib.

Bildirilir ki, daha sonra cinayətkar intihara cəhd edib. Müəssisənin adı və cinayətkarın oranın əməkdaşı olub-olmadığı barədə məlumat verilmir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?