Modern.az

Bakıda 40 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakıda 40 yaşlı kişi ürəyindən bıçaqlandı

Aktual

28 May 2020, 10:16

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayonun Şağan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Azər Məmmədov küçədə ürəyindən bıçaqlanıb.

 

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Əli Abdullayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsini 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü