Arxiv
28 May 2020, 21:44 | AKTUAL
Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır

Azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsibin Fransanın "Olimpik” (Marsel) klubunu almaq istəyi barədə məlumat yayılıb.


Modern.az xəbər verir ki, bu barədə "Futbol+" qəzeti məlumat yayıb.

Nizami Piriyev 1958-ci il yanvarın 11-də dünyaya gəlib. O 1992-2002-ci illərdə "PNN Arkansas Inc” neft-qaz şirkətinin prezidenti, Rusiyanın "StroyTransGasOil” neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burda iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib.

Nizami Piriyev ad-soyadını Azərbaycan Respublikasına daha çox 2009-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bler ölkəmizə səfər edən zaman tanıdıb.

Bleri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmışdı. O vaxt bunun üçün şirkətin Blerə 200 min funt sterlinq qonorar ödədiyi deyilirdi.

 

Qeyd edək ki, havaya buraxılan karbon qazını azaltmağa xidmət edən metanol zavodunun tikintisi üçün 120 milyon dolları Avropa Yenidənqurma və İnkişaf Bankı, bir hissəsini isə Azərbaycan Beynəlxalq Bankı kredit şəkilində ayırmışdı.

Ölkəmizdə həmçinin "KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.


Nizami Piriyevin şirkətlərinin bir hissəsinə atasının adını verdiyi oğlu Nəsib rəhbərlik edir. Ümumilikdə Piriyevlər ailəsinin Mərkəzi Asiyada - Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Özbəkistanda ayaqqabı istehsalı biznesi var. AzMeConun internet saytı Nizami və Nəsib Piriyevlərin Qazaxıstanda 7 televiziya və radio kanalını, nəşriyyat evini birləşdirən media holdinqinin olduğunu da yazırdı.


Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Var-dövlətinin miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli Priryevlərin sərvəti haqda məlumat AzMeCo-nun saytında yerləşdirilmişdi.

1981-ci il iyunun 2-də dünyaya gələn Nəsib Piriyev Londonda American İnternational Universitetini bitirib. Media prodüseri və biznesmendir. Atasının şirkətində maliyyə və strateji inkişaf məsələlərinə baxır.

Onun haqqında başqa maraqlı bilgilər də var. Belə ki, İnterpol 2015-in avqustunda Nəsib bəyin axtarışa verilməsi ilə bağlı xəbər yaymışdı.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən oğul Piriyev dəfələrlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılsa da, istintaqdan yayınmışdı.

Beynəlxalq Bankdan kredit götürdüyü 170 milyon dolları qaytarmamaqda suçlanan Piriyev həmin vaxt Londondan yaydığı xüsusi açıqlamada borc faktını inkar etmiş, onun haqqında yalan məlumat yayan şəxsləri məhkəmə ilə hədələmişdi.

Maraqlıdır ki, Piriyevlərin sonrakı fəaliyyəti haqda ortada ətraflı bilgi yoxdur. İnterpolun saytında 126 azərbaycanlı arasında Nəsib Piriyevin adı yoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40 Prezident Saleh Məmmədovun bəzi səlahiyyətlərini LƏĞV ETDİ 9 İyul 2020, 15:35 “Evdar Kişilər Klubu” Neftçala sakinlərinə 20 ton içməli su GÖNDƏRDİ 9 İyul 2020, 15:29 Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq – FOTO 9 İyul 2020, 15:24 Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək 9 İyul 2020, 15:21 Onlayn imtahanlara fərqli rəng qatan,  tələbələr üçün darıxan universitet - REPORTAJ   9 İyul 2020, 15:18 Saxta spirtli içki satışı ilə ölümə səbəb olmuş şəxslər HƏBS EDİLDİ 9 İyul 2020, 15:13