Modern.az

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

30 May 2020, 00:39

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə “8-ci kilometr” bazarının qarşısında qeydə alınıb.

1997-ci il təvəllüdlü Aslanlı Ümman Şahin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.  

Sürücü hadisə yerindən yayınıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkimlərinin APA-ya verdiyi məlumata görə, yaralının vəziyyəti stabil-ağırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...