Modern.az

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

Dünya

30 May 2020, 02:46

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 6 milyonu keçdi.

 

Modern.az xəbər verir ki, saat 02:30-a olan son məlumata əsasən dünya üzrə 6,009,150 nəfərdə infeksiya aşkarlanıb, onlardan 366,039-u vəfat edib, 2,650,714-ü isə sağalıb.

 

Son sutkada ən çox yoluxma hadisəsi Braziliya (26,354) və ABŞ-da (20,837) qeydə alınıb. 

Bu ölkələrdə pandemiya qurbanlarının sayı da çox olub. Belə ki, Braziliyada son sutkada ölənlərin sayı 1114, ABŞ-da isə 1080 nəfər olub.

 

Qeyd edək ki, COVİD-19 dünyanın 213 ölkə və regionunda yayılıb.

 

T.İSMAYIL

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü