Modern.az

Aydınlarımız Türk millətinə edilən haqsızlığa qarşı birlikdə mübarizə aparmalıdır - Qənirə Paşayeva

Aydınlarımız Türk millətinə edilən haqsızlığa qarşı birlikdə mübarizə aparmalıdır - Qənirə Paşayeva

30 May 2020, 19:58

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği) təşkilatının “Elm və Ədəbiyyat Söhbətləri” virtual konfransları çərçivəsində Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu adlı onlayn konfrans verib və sualları cavablandırıb.

 

Modern.az xəbər verir ki, qardaş Türkiyənin tanınmış ziyalıları Bilal Tekcan və Mahmut Hasgülün moderatorluğu ilə keçirilən, İLESAM təşkilatının sosial media hesabları üzərindən, o cümlədən yutub kanalında canlı yayınlanan konfrasda, iki qardaş ölkənin ortaq dəyərlərinə, o cümlədən elm-sənət, ədəbiyyat planında işbirliyi təcrübəsinə diqqət çəkilib.

Türk ölkə və topluluqlarının ortaq qurumları kimi, bir sıra yerli qurum və quruluşların da ikitərəfli, çoxtərəfli layihələr icra etdiyini, o layihələrin əksəriyyətindən xəbərdar olduğunu, yaxud biləvasitə iştirak etdiyini vurğulayan millət vəkili, İLESAM təşkilatının artıq yalnız Türkiyə içində deyil, qardaş ölkələrdə də tanınan, güvənilən bir tərəfdaş olduğunu deyib.


Q.Paşayeva qarşılıqlı əlaqələrin bütün digər sahələrinə sayğı ilə yanaşmaqla bərabər, özəlliklə elm və mədəniyyətin həm günümüzün çağırışları, həm tarixi ənənəmiz baxımından çox vacib olduğunu bildirib. Azərbaycan və Türkiyəli elm-sənət, ədəbiyyat xadimlərini sıx əməkdaşlığa dəvət edən komitə sədri Azərbaycan həqiqətlərinin daha geniş yayılmasında, Türk dünyası birliyinin daha da güclənməsində, Türk millətinə edilən haqsızlığa və ədalətsizliyə qarşı birlikdə mübarizədə aydınların üzərinə düşən vəzifələr barədə danışıb və sualları cavablandırıb.

 

Qarabağ həqiqətləri ilə bağlı geniş məruzə ilə çıxış edən Q.Paşayeva işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verib, qardaş Türkiyə aydınlarının Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına və Qarabağ həqiqətlərinin dünyaya daha da geniş yayılması istiqamətində səylərini daha da artıracağına inandığını deyib.

 

Turan ASLAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi