Modern.az

“Ölkə başçısı tarixçilərə dərs keçdi” - Əli Hüseynli  

“Ölkə başçısı tarixçilərə dərs keçdi” - Əli Hüseynli  

31 May 2020, 11:46

Prezident İlham Əliyev ötən gün AXC-nin gördüyü işləri xatırlamaqla yanaşı həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə ilə bağlı problemləri yada saldı.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı I vitse-spiker Əli Hüseynli deyib. O bildirib ki, ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçdi:

 

“Ölkə başçısının fikirləri həm tövsiyə xarakteri daşıyırdı, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı. Heydər Əliyev hələ 80-ci illərin sonunda sovetlərin güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı. Bu cür tarixi analiz nəticəsində Azərbaycan heç olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır. Hətta ölkə başçısı Ramil Səfərovla bağlı təzyiqlərə məruz qaldı. Son dövrlər ölkə başçısının bu çıxışına bir sıra mətbuat nümayəndələri də bu məsələni düzgün şərh etmədilər. Milli Şura üzvləri ilə yanaşı heç tarixçilər bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi bu izahların təhrif edilməsinə heç bir ehtiyac yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub