Modern.az

Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı - AZAL

Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı - AZAL

Aktual

31 May 2020, 15:10

Koronavirus (COVID-19) pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar olaraq, iyulun 1-nə qədər uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

 

Modern.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb. 

 
 

Məlumata görə, alternativ olaraq sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!