Modern.az

“Türkiyədən Azərbaycana aviabiletlərin qiyməti çox yüksəkdir” - Deputat

“Türkiyədən Azərbaycana aviabiletlərin qiyməti çox yüksəkdir” - Deputat

31 May 2020, 16:32

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin plenar iclasında "Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında çıxış edib.

 

Modern.az-ın məlumatına görə, Türkiyədə səfərdə olarkən vətəndaşlar tərəfindən məsələ ilə bağlı çoxlu sayda müraciətlər aldığını deyən Qənirə Paşayeva bu sazişin tarixi bir hadisə olduğunu bildirib. Azərbaycandan Türkiyəyə gedən insanların sayı çox olsa da, Türkiyədən Azərbaycana gələnlərin çox az olduğunu vurğulayan millət vəkili 90 günlük viza sisteminin ləğv olunmasının bu məsələyə böyük töhfələr verəcəyini də deyib. Qənirə Paşayeva qardaş Türkiyədə Avropa ölkələrinə satılan biletlərin qiymətinin Azərbaycanla müqayisədə daha ucuz olması məsələsinə də toxunub:

 

“Türkiyədən Azərbaycana, xüsusilə də Gəncə şəhərinə aviabiletlərin qiyməti çox yüksəkdir. Gəncədə olarkən mənə bildirdilər ki, burada yerhaqlarının yüksək olması, biletlərin qiymətinə də öz təsirini göstərir. Bölgələrimizə gələn turistlərin sayının artması birbaşa həmin bölgənin iqtisadiyyatının güclənməsinə təsir edir.”


Postpandemiya dövründə turizmin güclənməsinin iqtisadiyyatımız üçün vacib məsələ olduğunu vurğulayan Qənirə Paşayeva məsələnin həlli üçün aidiyyatı qurumlara çağırış edib.

 

Turan ASLAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...